Polis zabiti ailəsi ilə birgə itkin düşdü - FOTOLAR

Polis zabiti ailəsi ilə birgə itkin düşdü - FOTOLAR
Ukraynanın Mariupol şəhərində yaşayan azərbaycanlı Ruslan Musayev artıq 25 gündür ailəsi ilə birlikdə itkin düşüb.

Sfera.az xəbər verir ki, bu barədə "Report”a R.Musayevin qohumu Sabina Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, Ruslan Musayevlə sonuncu dəfə martin 1-də əlaqə saxlayıblar. "Ruslan və ailəsi ilə sonuncu dəfə martin 1-də telefonla danışmışıq. Həmin gündən sonra o, həyat yoldaşı Alyona Musayeva və azyaşlı oğlu Dəmir Musayev barədə məlumatımız yoxdur. Ruslan Mariupol şəhərinin Polis İdarəsinin zabitidir. O, polisdəki nümunəvi xidmətləri ilə dəfələrlə fərqlənib və mükafatlar alıb”.

S.Abdullayeva qeyd edib ki, R.Musayevin atası da Ukrayna polisində çalışıb və hazırda təqaüddədir: "Ruslanın atası Xudat Musayev Berdyansk şəhərindədir. Eyni zamanda Ruslanın bacısı Kristina da hazırda polisdə çalışır. Bir neçə həftə idi ki, Kristina ilə də əlaqəmiz itmişdi. Lakin martın 24-dən onunla əlaqə saxlaya bilirik. Amma təəssüf ki, Ruslan və ailəsi barədə məlumatsızıq. Buna görə də çox nigaranıq”.

OXŞAR XƏBƏRLƏR

Peskovun 24 yaşlı qızının biznes şəbəkəsi - Son 3 ildə nələr əldə edib?

Adətən ulduzların və siyasətçilərin övladları valideynlərinin yolu ilə gedir və oxşar peşə seçirlər. Lakin bir çoxu özünü biznesdə sınamaq qərarına da gəlir və ...

Yardım adı altında payladıqları südə bomba yerləşdiriblərmiş – Əhaliyə xəbərdarlıq edildi

Ukraynanın Xerson vilayətində "humanitar yardım” olaraq paylanan südün içərisindən bomba tapılıb.    Sfera.az xarici KİV-ə istinadən bildirir ki, sü...

Mariupolda da Buçadakına oxşar dəhşət yaşanıb: Peyk görüntüləri dünyanı şoka saldı - FOTOLAR

Mariupol liman şəhərinin peyk fotoları dünyanı növbəti dəfə şoka salıb.   Sfera.az bildirir ki, Amerikanın peyk şirkəti "Maxar” həftələrdir rus əsgərləri...

Conson Zelenski ilə Kiyev küçələrini belə gəzdi - Fotolar

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya səfər edib.   Sfera.az-ın məlumatına görə, Conson səfər zamanı Ukrayna Pre...

İldə 10 milyon dollar qazanır - Putin sevgilisini sanksiyalardan qorumaq üçün elə bir addım atdı ki...

ABŞ-ın Putinin qızlarına sanksiya tətbiq etməsindən sonra "Putinin təbliğat maşını” kimi tanınan media təşkilatından diqqətçəkən addım gəlib.   Sfera.az ...

Polis zabiti ailəsi ilə birgə itkin düşdü - FOTOLAR

Ukraynanın Mariupol şəhərində yaşayan azərbaycanlı Ruslan Musayev artıq 25 gündür ailəsi ilə birlikdə itkin düşüb. Sfera.az xəbər verir ki, bu barədə "Rep...