Peskovun 24 yaşlı qızının biznes şəbəkəsi - Son 3 ildə nələr əldə edib?

Peskovun 24 yaşlı qızının biznes şəbəkəsi - Son 3 ildə nələr əldə edib?
Adətən ulduzların və siyasətçilərin övladları valideynlərinin yolu ilə gedir və oxşar peşə seçirlər. Lakin bir çoxu özünü biznesdə sınamaq qərarına da gəlir və daha çox öz işini qurmağa üstünlük verir.
 
Sfera.az xəbər verir ki, "Spletnik” Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun 1994-cü ildən 2012-ci ilə qədər nikahda olduğu Yekaterina Soloçinskayadan olan qızı Yelizaveta Peskovanın fəaliyyətini araşdırıb.

İlk olaraq qeyd etmək lazımdır ki, Avropa Parlamentində təcrübə keçən 24 yaşlı Yelizaveta Peskova hələ 2019-cu ildə fərdi sahibkar kimi qeydiyyatdan keçib.
2020-ci ildə isə Yelizaveta 50 min rubl nizamnamə kapitalı olan "Liza və Saşa” MMC-ni qeydiyyatdan keçirib. Şirkətin əsas fəaliyyət növü üst geyimlərinin istehsalıdır. Şirkətin adından belə qənaətə gəlmək olar ki, bu, Yelizavetanın dostluq etdiyi ögey bacısı Aleksandra Julina ilə birgə biznesidir. Lakin şirkətin yeganə sahibi və direktoru olaraq yalnız Yelizaveta Peskova qeyd olunub.

Bununla yanaşı, 2020-ci ilin mart ayından "Speransa DS” adlı reklam agentliyi də Yelizavetaya məxsusdur. Sözügedən agentlik isə 2017-ci ilin martında təsis edilib. Eyni zamanda, 2020-ci ilin dekabrında belə məlum olub ki, Dmitri Peskovun qızı "Restada group” brendi altında fəaliyyət göstərən "Paytaxt bistroları şəbəkəsi” şirkətinin 10%-nin sahibi olub. /Qafqazinfo

OXŞAR XƏBƏRLƏR

Peskovun 24 yaşlı qızının biznes şəbəkəsi - Son 3 ildə nələr əldə edib?

Adətən ulduzların və siyasətçilərin övladları valideynlərinin yolu ilə gedir və oxşar peşə seçirlər. Lakin bir çoxu özünü biznesdə sınamaq qərarına da gəlir və ...

Yardım adı altında payladıqları südə bomba yerləşdiriblərmiş – Əhaliyə xəbərdarlıq edildi

Ukraynanın Xerson vilayətində "humanitar yardım” olaraq paylanan südün içərisindən bomba tapılıb.    Sfera.az xarici KİV-ə istinadən bildirir ki, sü...

Mariupolda da Buçadakına oxşar dəhşət yaşanıb: Peyk görüntüləri dünyanı şoka saldı - FOTOLAR

Mariupol liman şəhərinin peyk fotoları dünyanı növbəti dəfə şoka salıb.   Sfera.az bildirir ki, Amerikanın peyk şirkəti "Maxar” həftələrdir rus əsgərləri...

Conson Zelenski ilə Kiyev küçələrini belə gəzdi - Fotolar

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya səfər edib.   Sfera.az-ın məlumatına görə, Conson səfər zamanı Ukrayna Pre...

İldə 10 milyon dollar qazanır - Putin sevgilisini sanksiyalardan qorumaq üçün elə bir addım atdı ki...

ABŞ-ın Putinin qızlarına sanksiya tətbiq etməsindən sonra "Putinin təbliğat maşını” kimi tanınan media təşkilatından diqqətçəkən addım gəlib.   Sfera.az ...

Polis zabiti ailəsi ilə birgə itkin düşdü - FOTOLAR

Ukraynanın Mariupol şəhərində yaşayan azərbaycanlı Ruslan Musayev artıq 25 gündür ailəsi ilə birlikdə itkin düşüb. Sfera.az xəbər verir ki, bu barədə "Rep...