Mariupolda da Buçadakına oxşar dəhşət yaşanıb: Peyk görüntüləri dünyanı şoka saldı - FOTOLAR

Mariupolda da Buçadakına oxşar dəhşət yaşanıb: Peyk görüntüləri dünyanı şoka saldı - FOTOLAR
Mariupol liman şəhərinin peyk fotoları dünyanı növbəti dəfə şoka salıb.
 
Sfera.az bildirir ki, Amerikanın peyk şirkəti "Maxar” həftələrdir rus əsgərləri tərəfindən mühasirədə olan şəhərdə 200-ə yaxın məzarın olduğu yer aşkar edib. 
Şirkət peykdən çəkilən görüntülərdə mart ayının sonuna qədər dəfn sayının artdığını ifadə edib. Sözügedən kütləvi məzarlıq Mariupoldan təxminən 20 km qərbdə, Manhuş adlı kəndin yaxınlığında yerləşir. 

"Maxar” bildirib ki, ərazi təxminən 85 metr uzunluğunda, zolaqlar olan dörd hissədən ibarətdir.

Ukraynanın yerli hakimiyyət orqanları Rusiyanı Mariupolda öldürülən dinc sakinləri bu qəbiristanlıqlarda basdırmaqda ittiham edib. Mariupol Şəhər Şurası bildirib ki, ruslar ərazidə çuxur qazıb və cəsədləri əraziyə gətirmək üçün zibil maşınlarından istifadə ediblər.

Xatırladaq ki, bundan əvvəl oxşar vəziyyət Buça şəhəri ilə bağlı da yaşanmışdı. Rəsmi Kreml isə səsləndirilən fikirləri təkzib etmişdi.


Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR