Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Maraqlı
13:23 / 19.05.2022
826
Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.
Sfera.az bildirir ki, yazar kosmonavtın İngiltərə kraliçası II Elizabetin ayağını sığalladığını deyib.
Morton "Daily Mail” qəzetində dərc olunan məqaləsində, hadisənin 1961-ci ildə Qaqarinin kommunist təbliğatı aparmaq üçün dünya turuna göndərildiyi zaman baş verdiyini bildirib. Onun sözlərinə görə, Kraliça II. Elizabet Bukinqem sarayında kosmonavtı qəbul etmək üçün səhər yeməyinə düşüb. Bu zaman 35 yaşlı kraliçanın yanında əyləşən Qaqarin əli ilə onun ayağını sığallayıb. Həmin vaxt kofe içən kraliça Qaqarinin bu hərəkətindən çox təəccüblənsə də, sakit və hiss olunmadan gülümsəməyə davam edib. İddialara əsasən Qaqarin kraliçaya, "Sizin kukla deyil, real insan olduğunuza əmin olmaq üçün ayağınıza toxundum", - deyə bildirib və əlini geri çəkib.
Həmçinin yazıda Qaqarinin səhər yeməyi zamanı hansı bıçaqdan istifadə edəcəyinə əmin olmadığı da qeyd olunub. Bildirilib ki, kraliça bunu anlayaraq nəzakətlə, "Hörmətli Qaqarin, mən bu sarayda böyümüşəm. Amma inanın, hələ də bilmirəm ki, bütün bu çəngəl-bıçaqlardan hansı ardıcıllıqla istifadə edim”, - deyərək kosmonavtı təsəlli etməyə çalışıb.
Günay Rəsulqızı
Sfera.az