Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

14:39 / 19.05.2022
1186
2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.
Sfera.az xəbər verir ki, Buş Rusiya Prezidenti Putini tənqid edərkən tarixi səhvə imza atıb. O, Ukrayna əvəzinə İraqın adını çəkib: "Rusiyada balans və nəzarət yox idi və bir nəfərin İraqı tamamilə qeyri-qanuni və vəhşicəsinə işğal etmək qərarı yarandı”. O, kobud səhvini dərhal düzəldərək xəfif təbəssümlə sözlərinə Ukraynanı əlavə edib. Lakin həmin cümləsi sabiq prezidenti bir anda sosial mediada gündəmə çevirib.
Buşun İraqın işğalı ilə bağlı videosu qısa zamanda sosial şəbəkələrdə yayılıb və bir çox insan "İraqı işğal edən Buşun şüuraltısının sözlərində əks olunduğunu” vurğulayıb.
Əzizə Zeynal
Sfera.az