İldə 10 milyon dollar qazanır - Putin sevgilisini sanksiyalardan qorumaq üçün elə bir addım atdı ki...

İldə 10 milyon dollar qazanır - Putin sevgilisini sanksiyalardan qorumaq üçün elə bir addım atdı ki...
ABŞ-ın Putinin qızlarına sanksiya tətbiq etməsindən sonra "Putinin təbliğat maşını” kimi tanınan media təşkilatından diqqətçəkən addım gəlib.
 
Sfera.az bildirir ki, Milli Media Qrupu kimi tanınan qurumun idarə heyətinin sədri 38 yaşlı Alina Kabayevanın fotosu və onunla bağlı məlumatlar saytdan silinib.  Şirkətdə işlədiyi üçün ildə 10 milyon dollar qazandığı təxmin edilən Kabayevanın sanksiyalardan qorxduğu iddia edilib. 

Bildirilib ki, Alina haqda məlumatlar həbsdə olan rusiyalı dissident Aleksey Navalni Qərbi "Kreml mediasına sanksiya tətbiq etməyə” çağırdıqdan sonra silinib. 
"Xatırlatmaq istəyirəm ki, Milli Media Qrupuna Putinin məşuqəsi Alina Kabaeva rəhbərlik edir, onu şəxsən Putin idarə edir və yalanlarının ən böyük payına sahibdir”, - deyə Navalni bildirmişdi.

Qurum isə Kabayevanın foto və məlumatının silinməsinə münasibət bildirməyib.

Qeyd edək ki, əvvəllər heç bir media təcrübəsi olmayan Kabayeva 2014-cü ildən quruma rəhbərlik edir. O,  bədii gimnastika tarixində 2 olimpiya, 14 dünya çempionatı və 25 Avropa çempionatı medalı ilə ən çox medal qazanan gimnastlardan biri kimi tanınır. İdmanı buraxdıqdan sonra siyasətə gələn Kabayeva Putinin partiyasından deputat seçilmişdi. Putinin boşanmasına da onun səbəb olduğu iddialar arasındadır.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR