Yaxında Azərbaycanda bu məhsulları tapmaq olmayacaq - SİYAHI

İqtisadiyyat
15:50 / 17.05.2022
1301
İşğal səbəbindən Ukraynanın Qara dəniz limanlarından istifadə edə bilməməsi bu ölkədən mal alan ölkələri çətin vəziyyətə salıb. Artıq bir çox ölkədə buğda, günəbaxan və qarğıdalı yağı, siqaret xammalı, heyvan yemləri, ət və ət məhsulları, tikinti materiallarının istehsalı üçün xammalların və s. malların təchizatında çətinlik müşahidə olunur.
Azərbaycan da özünə lazım olan bir sıra malları Ukraynadan idxal edir. Qara dəniz limanlarında yaranan vəziyyət həmin malların ölkəmizə çatdırılmasını problemə çevirib.
Sfera.az xatırladır ki, buna görə Azərbaycanda tütün xammalı ilə təminatda çətinliklər var. Bu hal bəzi siqaret markaları üzrə satışa verilən malların miqdarının azalmasına səbəb olub.
Bəs, Ukraynada problemin yaranması daha hansı mallar üzrə təminatda problem yarada bilər?
Bunu müəyyənləşdirmək üçün mal növləri üzrə idxalda Ukraynanın payına diqqət yetirmək lazımdır.
Qoz idxalında da Ukraynanın payı böyükdür. Ötən il xaricdən alınan 2 415 ton qabıqlı qozun 1 160 tonu Ukraynadan alınıb. Qabığı təmizlənən 1 966 ton qozun isə 1 640 tonu Ukraynadan gətirilib.
Azərbaycan Ukraynadan böyük miqdarda soya paxlalıları alır. Bir ildə ölkəmizə 33 min ton soya paxlalısı gətirilib. Bunun təxminən 18 min tonu Ukraynanın payına düşür.
Digər məhsullardan emal olunmuş tütünün (4,5 min ton) demək olar ki, hamısı, abidə və tikinti üçün digər daşların (5,85 min ton) 5,3 min tonu, minik avtomobilləri, yük avtomobilləri və avtobuslar üçün rezin kameraların (84,1 min ədəd) 68,7 min ədədi, emal olunmuş daşların (21,5 min ton) 17 min tonu Ukraynadan idxal edilib.
Vasif
Sfera.az