Qiymətlərdə böyük fərq yaranıb: Bu yazını oxumadan lirə və rubl alıb-satmayın! - Hansı bankda neçəyədir?

Qiymətlərdə böyük fərq yaranıb: Bu yazını oxumadan lirə və rubl alıb-satmayın! - Hansı bankda neçəyədir?
Məzənnə dəyəri sürətlə dəyişən valyutaların alış/satış qiymətləri arasında kəskin fərqlər yaranıb. Azərbaycanda fəaliyyət göstərən bankların günlük məlumatlarına əsasən apardığımız araşdırma göstərir ki, daha böyük fərq Türkiyə lirəsi və Rusiya rublunun alış/satış qiymətlərində mövcuddur.
 
Sfera.az xəbər verir ki, bankların əksəriyyəti 4 valyutanın – ABŞ dollarının, avronun, Rusiya rublunun və İsveçrə frankının ticarətini həyata keçirir. Türk lirəsini alış/satışını isə böyük banklar və Türkiyənin Azərbaycanda fəaliyyət göstərən bankları aparır.  

Azərbaycanın ən böyük kommersiya bankı olan "Azərbaycanın Beynəlxalq Bankı”nda rus rublunun satış qiyməti alış qiymətindən 53 faiz yüksəkdir. Bir rubl 1,91 qəpiyə alınır, 2,93 qəpiyə satılır.

Bu fərqin nə demək olduğunu bir kiçik hesablama ilə daha aydın şəkildə anlamaq olar. Əgər 1000 manata rubl almaq istəsək, 34 129 rubl əldə edəcəyik. Rublda olan həmin vəsaiti yenidən manata dəyişdirdikdə isə alacağımız pul 652 manat olacaq. Mövcud marja alış/satış qiymətləri arasında fərqin nə dərəcədə böyük olduğunu göstərir.

Türki lirəsində alış/satış qiymətində fərq 19 faizi ötür. Lirə nağd şəkildə 9,9 qəpiyə alınır, 11,8 qəpiyə satılır.

Avroda fərq 4,6 faizdir. Burada avro 1,815 manata satılır,1,788 manata alınır.

İsveçrə frankında isə fərq 4,3 faizdir. İsveçrənin pulu 2,01 manata alındığı halda 2,1 manata satılır.

Ən böyük özəl kommersiya bankı olan "Kapital Bank”da da alış/satış qiymətlərində ən böyük fərq rus rublu və türk lirəsindədir. Bu bankda rubl 1,94 qəpiyə alınır, 2,6 qəpiyə satılır. Alış/satış qiymətlərində fərq 34 faizdir.

Lirə 12,6 qəpiyə satılır, 6 qəpiyə alınır. Lirənin alış/satış qiymətləri arasında fərq 110 faizdir.

Avro isə 2,8 faiz fərqlə alınıb satılır.

Türk lirəsi ən əlverişli marja ilə "Ziraatbank”da alınıb-satılır. Burada 11,8 qəpiyə aldığınız lirəni 10,5 qəpiyə satmaq mümkündür. Lirədə alış/satış qiymətində fərq 12,3 faizdir.

Rusiya vətəndaşlarına aid olan banklarda isə rubl daha kiçik nisbətlə alınıb satılır. Məsələn, "Yelobank”da rubl 2,3 qəpiyə alınır, 2,7 qəpiyə satılır. Burada alış/satış qiymətlərində fərq 17,4 faizdir.

Ümumiyyətlə, bankların lirə və rublun alış/satış qiymətlərini fərqləndirməsi onların məzənnəsindəki kəskin dəyişikliklə bağlıdır. Bu valyutaların kursunun sabit olmaması bankları qiymət müəyyənləşdirən zaman daha ehtiyatla davranmağa məcbur edir.

Vasif
Sfera.az   

OXŞAR XƏBƏRLƏR

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Yaxında Azərbaycanda bu məhsulları tapmaq olmayacaq - SİYAHI

İşğal səbəbindən Ukraynanın Qara dəniz limanlarından istifadə edə bilməməsi bu ölkədən mal alan ölkələri çətin vəziyyətə salıb. Artıq bir çox ölkədə buğda, günə...

Azərbaycanda günəmuzd çalışanlara maddi yardım edilə bilər - TƏKLİF

"Müəyyən sahələr üzrə aylıq əmək haqları artırılsa da, büdcə təşkilatlarından kənar insanlara bu şamil edilmədi”.  Sfera.az xəbər verir ki, bunu iqti...

“Hindistanın dərdi pul dərdidir, taxıl satmayacaqlar” – Ekpsertdən AÇIQLAMA

"Rusiya, Ukrayna və Qazaxstan taxıl ixracına məhdudiyyət qoyduqdan sonra bir çox ölkələrin taxıl ümidləri Hindistana idi. Bu gün isə bildirildi ki, Hindistan da...

Embarqoya baxmayaraq Rusiyanın üzü gülür: Neft gəlirlərinin artma səbəbi nədir?

Beynəlxalq Enerji Agentliyi Rusiyanın 2022-ci ilin ilk dörd ayında neft gəlirlərinin 50 faiz artdığı haqqında məlumat açıqlayıb. Sfera.az "Bloomberg”ə ist...

Qiymətlərdə böyük fərq yaranıb: Bu yazını oxumadan lirə və rubl alıb-satmayın! - Hansı bankda neçəyədir?

Məzənnə dəyəri sürətlə dəyişən valyutaların alış/satış qiymətləri arasında kəskin fərqlər yaranıb. Azərbaycanda fəaliyyət göstərən bankların günlük məlumatların...