Azərbaycanda günəmuzd çalışanlara maddi yardım edilə bilər - TƏKLİF

Azərbaycanda günəmuzd çalışanlara maddi yardım edilə bilər - TƏKLİF
"Müəyyən sahələr üzrə aylıq əmək haqları artırılsa da, büdcə təşkilatlarından kənar insanlara bu şamil edilmədi”. 

Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib. Ekspert günəmuzd çalışan, gəliri aşağı olan ailələrin çətinlik çəkdiyini qeyd edib:

"Aylıq maaş almayan aztəminatlı və ya günəmuzd çalışan insanlar əməkhaqqı artımlarından bəhrələnə bilmədilər. Belə qəbildən olan insanların həyat şəraitinə infilyasiya ciddi təsir etməkdədir. Ona görə də bu insanların maddi təminat məsələsinə yenidən baxılmasına böyük ehtiyac var. Hazırda mövcud neft qiymətləri də büdcəyə yenidən baxmaq üçün geniş imkanlar yaradır ki, bu yolla əmək haqqı artımlarından yararlana bilməyən, amma həyat səviyyələrinə infilyasiyanın ciddi problem yaratdığı insanlara dəstək göstərilsin. Aydın məsələdir ki, ölkə müharibədən çıxıb, quruculuq işləri, şəhid və qazi ailələrinə dəstək, dövlət investisiya layihələri, ərzaq təhlükəsizliyinin təminatı və s. məsələlərlə əlaqədar xeyli maliyyə vəsaiti xərcləyirik. Bütün bunlar həm işlərin sürətinə görə, həm də çox şaxəliliyinə görə həqiqətən alqışa layiqdir. Amma bunlar aztəminatlı insanların infilyasiya tərəfindən əzilməsinə sakit dayanıb baxmağa əsas ola bilməz”. 

E.Əmirov maddi dəstək məqsədilə yenidən büdcəyə baxmağın lazım olduğunu deyib:

"Ölkənin 53 milyard dollara yaxın ehtiyat valyutası var. Yəni təhlükəsizlik yastığı güvəniləcək dərəcədədir. Neft də büdcədə 50 dollar götürülsə də, ən azı 2 dəfədən artıq baha satılır. Odur ki, heç olmasa infilyasiyanın daha çox təsir etdiyi aztəminatlı insanları dəstəkləmək üçün büdcəyə yenidən baxmaq üçün heç bir maneə yoxdur. Dəstəyin formasına gəldikdə isə bunu ən müxtəlif forma və üsullarla reallaşdırmaq olar”.

Əzizə Zeynal 
Sfera.az





OXŞAR XƏBƏRLƏR

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Yaxında Azərbaycanda bu məhsulları tapmaq olmayacaq - SİYAHI

İşğal səbəbindən Ukraynanın Qara dəniz limanlarından istifadə edə bilməməsi bu ölkədən mal alan ölkələri çətin vəziyyətə salıb. Artıq bir çox ölkədə buğda, günə...

Azərbaycanda günəmuzd çalışanlara maddi yardım edilə bilər - TƏKLİF

"Müəyyən sahələr üzrə aylıq əmək haqları artırılsa da, büdcə təşkilatlarından kənar insanlara bu şamil edilmədi”.  Sfera.az xəbər verir ki, bunu iqti...

“Hindistanın dərdi pul dərdidir, taxıl satmayacaqlar” – Ekpsertdən AÇIQLAMA

"Rusiya, Ukrayna və Qazaxstan taxıl ixracına məhdudiyyət qoyduqdan sonra bir çox ölkələrin taxıl ümidləri Hindistana idi. Bu gün isə bildirildi ki, Hindistan da...

Embarqoya baxmayaraq Rusiyanın üzü gülür: Neft gəlirlərinin artma səbəbi nədir?

Beynəlxalq Enerji Agentliyi Rusiyanın 2022-ci ilin ilk dörd ayında neft gəlirlərinin 50 faiz artdığı haqqında məlumat açıqlayıb. Sfera.az "Bloomberg”ə ist...

Qiymətlərdə böyük fərq yaranıb: Bu yazını oxumadan lirə və rubl alıb-satmayın! - Hansı bankda neçəyədir?

Məzənnə dəyəri sürətlə dəyişən valyutaların alış/satış qiymətləri arasında kəskin fərqlər yaranıb. Azərbaycanda fəaliyyət göstərən bankların günlük məlumatların...