Embarqoya baxmayaraq Rusiyanın üzü gülür: Neft gəlirlərinin artma səbəbi nədir?

10:22 / 13.05.2022
1252
Beynəlxalq Enerji Agentliyi Rusiyanın 2022-ci ilin ilk dörd ayında neft gəlirlərinin 50 faiz artdığı haqqında məlumat açıqlayıb.
Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, Rusiyanın satdığı neftin əhəmiyyətli hissəsi Avropa İttifaqı (Aİ) ölkələrinə göndərilib.
Agentlik aylıq hesabatında Rusiyanın 2022-ci ildə neft və neft məhsullarından hər ay 20 milyard dollar qazandığını qeyd edib.
Rusiyanın neft gəlirlərinin artmasına səbəb qiymətlərin yüksəlməsidir. Bu il Rusiyanın ixrac etdiyi neftin və neft məhsullarının miqdarı azalsa da, qiymətlərin 60 faizdən çox artması Rusiyanın gəlirlərini artırıb.
Lakin bununla belə Agentlik bildirir ki, ilin sonunda Rusiyanın neft gəlirləri indki kimi yüksək olmayacaq. Çünki 2022-ci ilin ikinci yarısında Aİ ölkələrinə günlük ixracın həcmi 3 dəfə azalacaq. Hazırda 1 milyon barel olan ixrac, 300-350 min barelə qədər geriləyəcək.
Vasif
Sfera.az