Baxçalı təlimat verdi: Partiyanın dollarları lirəyə çevrilir

Baxçalı təlimat verdi: Partiyanın dollarları lirəyə çevrilir
Türkiyədə ABŞ dollarının məzənnəsinin sürətlə artaraq lirənin bir gündə 16 faizdən çox dəyər itirdiyi bir vaxtda siyasətçilər yaranmış vəziyyətdən çıxış yolları axtarırlar.

Müxalifət partiyaları da hökumətlə eyni mövqedədir və lirənin dəərdən düşməsinin iqtisadi səbəblərlə deyil, ABŞ-ın qəsd planı ilə bağlı olduğuna inanırlar. AKP illə müttəfiq olan MHP isə vəziyyətdən orijinal çıxış yolu tapıb. Partiyanın lideri Dövlət Baxçalı MHP-yə dövlət büdcəsindən ayılan illik yardımlardan dollarla saxlanılanı varsa onu lirəyə çevirmək təlimatı verib.

Bundan əvvəl Baxçalı "ABŞ-ın qəsd planına qarşı birləşmək” çağırışı etmişdi. Bildirilir ki, Baxçalı partiyanın maliyyə işləri üzrə səlahiyyətlisi Mövlut Karakayaya partiyanın dollarlarını gələn həftənin bazar ertəsindən etibarən lirəyə çevirmək təlimatı verib.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoan ötən gün əhalini yastıq altındakı dollarları lirəyə dəyişməyə çağırmışdı. Prezident bildirib ki, "dollar, mollar onları dayandıra bilməz” və Türkiyə bu situasiyadan da qalib çıxacaq./Virtualaz.org

OXŞAR XƏBƏRLƏR

Vahid Ələkbərov 3,09 milyard dollar itirdi

Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən bəri 45,484 milyard dollar azalıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, ən çox i...

Rusiya taxılını rublla satmaq istəyir

Rusiyanın böyük taxıl istehsalçıları ixrac etdikləri məhsulu rublla satmaq istəyirlər. Sfera.az "Kommersant” nəşrinə istinadən xəbər verir ki, istehsalçıl...

Müharibənin Kremlə vurduğu daha bir ZƏRBƏ - Rusiyanın neft ixracı azalır

Müharibə Rusiyanın neft ixracının azalmasına səbəb olur. Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, martın 17-23 tarixləri ərzində neft satışı əvvəlki...

Bu il Ermənistanda qış çox sərt keçəcək - Rusiyadan böyük ZƏRBƏ

Xəbər verdiyimiz kimi Rusiya Erməistana satdığı qazın qiymətini gələn il yanvarın birindən 50% qaldırır. İki ölkə arasında bu ilin aprel ayından etibarən davam ...

"Avtomatik olaraq məhsulların qiyməti qalxacaq" - Bədbin PROQNOZ

"İranın bank sektoru çökəcək”.   Sfera.az-a açıqlamasında bu sözləri Vaşinqtonun Tehrana münasibətdə tətbiq edəcəyi sanksiyalar siyahısına münasibət bild...

Baxçalı təlimat verdi: Partiyanın dollarları lirəyə çevrilir

Türkiyədə ABŞ dollarının məzənnəsinin sürətlə artaraq lirənin bir gündə 16 faizdən çox dəyər itirdiyi bir vaxtda siyasətçilər yaranmış vəziyyətdən çıxış yolları...