Rusiya taxılını rublla satmaq istəyir

Rusiya taxılını rublla satmaq istəyir
Rusiyanın böyük taxıl istehsalçıları ixrac etdikləri məhsulu rublla satmaq istəyirlər.

Sfera.az "Kommersant” nəşrinə istinadən xəbər verir ki, istehsalçılar bununla bağlı Rusiya Mərkəzi Bankına müraciət ediblər.

Onlar bu tədbirin heç olmasa xarici iri idxalçılara tətbiq edilməsini xahiş ediblər.
 
Müvafiq təklifi özündə böyük şirkətləri birləşdirən Taxıl İxracatçıları İttifaqı irəli sürüb.

Təklifin müəllifləri Mərkəzi Bankdan əsas xarici, o cümlədən Türkiyə, Misir, İran və Səudiyyə Ərəbistanından olan alıcıların hesabı açılan kommersiya banklarının lazımı qədər rublla təmin edilməsini istəyiblər.

"Kommersan” yazır ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra rusiyalı ixracatçılar göndərdikləri malların pulunu almaqda problemlə üzləşiblər. Alıcılara və qarşı tərəflərə xidmət göstərən banklar ikinci dərəcəli sanksiyalara məruz qalmaq qorxusundan çox vaxt vəsait köçürməyə razı olmurlar.

Vasif



OXŞAR XƏBƏRLƏR