Müharibənin Kremlə vurduğu daha bir ZƏRBƏ - Rusiyanın neft ixracı azalır

Müharibənin Kremlə vurduğu daha bir ZƏRBƏ - Rusiyanın neft ixracı azalır
Müharibə Rusiyanın neft ixracının azalmasına səbəb olur.

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, martın 17-23 tarixləri ərzində neft satışı əvvəlki həftə ilə müqayisədə 26,4 faiz azalaraq günlük 495,3 min barel və ya 3,63 milyon barel olub.

İxrac kəskin azalsa da, neft hasilatında ciddi azalma olmayıb. Gün ərzində Rusiya 11,08 milyon barel neft hasil edib ki, bu da 0,3 faiz azalma deməkdir.

Qeyd edək ki, Rusiyanın əsas gəliri neftdəndir. Ötən il ümumi gəlirin 22 faizi və ya 110 milyard dolları neft satışından əldə olunub.
 
Vasif


 

OXŞAR XƏBƏRLƏR