Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

11:32 / 19.05.2022
1920
Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb.
Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel aylarını əhatə edən 4 aylıq dövrdə ölkəmiz 850 kq xalis qızıl istehsal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə görürük ki, qızıl istehsalında 24,6 faiz azalma baş verib. Əvvəlki ilin 4 ayında 1 127,3 kq qızıl istehsal olunmuşdu.
Gümüş istehsalında isə böyük artım qeydə alınıb. Bu qiymətli metal üzrə istehsal miqdarı 1 977,2 kq olub və əvvəlki illə müqayisədə 21,4 faiz artım baş verib. Ötən il eyni dövrdə 1 628 kq gümüş istehsal edilib.
Vasif