Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr

Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr
Son illərdə Azərbaycan iqtisadiyyatının lokomotivi funksiyasını qeyri neft-qaz sektoru həyata keçirir. Bu tendensiya cari ildə də müşahidə olunmaqdadır.

2022-ci ilin ilkin nəticələri göstərir ki, iqtisadiyyatda böyük artımın əldə edilməsində qeyri neft-qaz sektorunun rolu əvəzsizdir. Məhz burada əldə edilən böyük real artım hesabına ümumi iqtisadiyyatda nəzərəçarpacaq böyümə qeydə alınıb.

Sfera.az bildirir ki, 2022-ci ilin yanvar-aprel ayları ərzində ümumi daxili məhsul (ÜDM) istehsalında real artım 7 faizə yüksəlib. Artımın bu qədər böyük olması demək olar ki, qeyri neft-qaz sektorunda əldə edilən 11,4 faizlik artım hesabına mümkün olub. Neft-qaz sektorunda isə istehsalda artım cəmi 0,2 faiz təşkil edib.

Neft-qaz sektorunda böyümə əsasən qaz hasilatının artması ilə bağlıdır. Belə ki, Azərbaycandan Avropa ölkələrinə qaz ixracının artması hasilatın artımına səbəb olub.

Qeyri neft-qaz sektorunda isə vəziyyət başqa cürdür. Bu sektorun bütün alt sahələrində ciddi böyümə müşahidə edilir.

Ən böyük artım turizmdə qeydə alınıb. Turizmdə ÜDM istehsalının həcmi 99,3 faiz, yəni təxminən 2 dəfə artaraq 529,2 milyon manata çatıb.

Nəqliyyat sahəsində də böyük artım var. Burada əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehsal 24,3 faiz artaraq 2,363 milyard manata yüksəlib.

Sənayenin qeyri neft-qaz sektorunda böyümə 15 faiz təşkil edib. Burada 5,96 milyard manatlıq istehsala nail olunub.

Daha bir ciddi artım informasiya və rabitə sahələrində qeydə alınıb. Adıçəkilən sahələrdə 14,8 faiz böyümə hesabına istehsal həcmi 546 milyon manatı keçib.

Tikinti də ciddi artım var. Bu sahədə istehsal 10 faiz artaraq 1,57 milyard manatı ötüb.

Qeyd edilən sahələrdən başqa qeyri neft-qaz sektorunun digər sahələrində də böyümə baş verib. O cümlədən, kənd təsərrüfatında 3,6 faiz, ticarətdə 4 faiz, digər sahələrdə 5,5 faiz artım olub.

Real olaraq iqtisadiyyat qeyri neft-qaz sektoru hesabına böyüsə də son aylarda neft və qaz qiymətlərinin xeyli yüksəlməsi hesabına ÜDM-nin nominal dəyərində neft-qaz sektorunun payı artıb. Ötən il istehsalın təxminən 60 faizi qeyri neft-qaz sektorunda yaradıldığı halda bu ilin 4 ayında bu sektorun payı 50 faizdən aşağı düşüb.

Lakin buna baxmayaraq qeyd edək ki, iqtisadi böyümə üçün əsas göstərici real nəticələrdir. Burada da qeyri neft-qaz sektorunun rolunda artım aydın görünür.


Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

"Bu il də turist sayı acınaqlı olacaq" - Ekspert

"Quru sərhədlərinin hələ də  bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir”.   Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov de...

AZAL niyə ziyanla işləyir? - Natiq Cəfərlidən AÇIQLAMA

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən”. &nbs...

Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr

Son illərdə Azərbaycan iqtisadiyyatının lokomotivi funksiyasını qeyri neft-qaz sektoru həyata keçirir. Bu tendensiya cari ildə də müşahidə olunmaqdadır. 2...

Bu ölkənin baş naziri elan etdi: "Bir günlük neftimiz qalıb"

Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.   Sfera.az bildirir ki, nağd pul qıtlığının olduğunu və ...