AZAL niyə ziyanla işləyir? - Natiq Cəfərlidən AÇIQLAMA

13:30 / 18.05.2022
1577
"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən”.
Sfera.az bildirir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. O, söhbətin AZAL-dan getdiyini qeyd edib.
"AZAL son maliyyə hesabatını açıqlayıb - şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərər ilə başa vurub. Halbuki 2020-ci ildə AZAL hökumətdən COVİD-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya da alıb. Bundan başqa AZAL-ın 2,2 mlrd. manat borcu da var. Əsas borc dövlətə, Maliyyə Nazirliyinədir, yəni, ölmüş puldur”.
N.Cəfərli AZAL-ın sözügedən vəsaiti heç qaytarmayacağını, bir müddət sonra borcların silinəcəyini deyib:
"Bunun bir adı var – oğurluq, talançılıq, qeyri-effektiv idarəetmə. 44 günə işğalçılara qalib gələ bildik, 344 aydır, şirkət yaranandan bu günə kimi, bir tək AZAL-a qalib gələ bilmirik”,
Türkan
Sfera.az