"Bu il də turist sayı acınaqlı olacaq" - Ekspert

"Quru sərhədlərinin hələ də  bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir”.
 
Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, gediş-gəliş etmək istəyən vətandaşlar üçün yaranan problemlər,  xərclənən əlavə pullar ayrı dərddir:

"2011-ci il "turizm ili” elan edildikdən sonra ardı-ardına Azərbaycan ən müxtəlif beynalxaq tədbirlərə ev sahibliyi etdi. Küllü miqdarda pul xərclənildi ki, bu pullar ölkənin beynəlxalq aləmdə tanıdılaraq turizm sektorunun inkişafı üçün katalizator olsun. 2019-cu ildə biz bunun faydasını da görməyə başladıq. Ölkəyə gələn xarici turistlərin sayı rekord həddə - 3 milyon 170 minə çatdı. 2020-ci ildə isə pandemiyaya görə cəmi 795 min turist gəldi. Bu, 4 dəfə azalma deməkdir. Ötən ildə bu rəqəmlərdə ciddi dəyişiklik olmadı”.

Ekspert deyib ki, quru sərhədlər dərhal açılmasa, bu il də turist sayı acınaqlı olacaq:

"Sonra da 2023-cü ildə bu ili analiz edərkən deyəcəyik ki, pandemiyaya görə 2022-ci ildə turizm inkişaf edə bilmədi.  Pandemiya defakto bitib, ölkələr bütün sərhədlərini açıb. Amma biz hələ də nəyisə gözləyirik. Onsuz da artıq gecikmişik. Turizm mövsümü yeni başlasa da, planlamalar azı bir ay əvvəldən başlayıb. Biz quru sərhədlərimizi tez açmamaqla, regional rəqibimiz Gürcüstan üçün böyük yaxşılıq etdik. Heç olmasa, çox gecikməyək. Tək-tək yığdığımız turistləri, min-min itirmişik. Heç olmasa indi yenidən yığmağa cəhd edək”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

"Bu il də turist sayı acınaqlı olacaq" - Ekspert

"Quru sərhədlərinin hələ də  bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir”.   Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov de...

AZAL niyə ziyanla işləyir? - Natiq Cəfərlidən AÇIQLAMA

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən”. &nbs...

Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr

Son illərdə Azərbaycan iqtisadiyyatının lokomotivi funksiyasını qeyri neft-qaz sektoru həyata keçirir. Bu tendensiya cari ildə də müşahidə olunmaqdadır. 2...

Bu ölkənin baş naziri elan etdi: "Bir günlük neftimiz qalıb"

Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.   Sfera.az bildirir ki, nağd pul qıtlığının olduğunu və ...