Ukraynadan Rusiyaya XƏBƏRDARLIQ: Bu gündən Avropaya qaz nəqli azaldılacaq

Ukraynadan Rusiyaya XƏBƏRDARLIQ: Bu gündən Avropaya qaz nəqli azaldılacaq
Ukrayna mayın 11-dən Rusiyadan Avropaya qazın "Sohranivka” qazpaylama stansiyası vasitəsilə tranzitini dayandırır. Ukraynanın boru kəməri şirkəti Rusiyanın hücumları nəticəsində çərşənbə günü paylayıcı məntəqədə qazın kəsiləcəyini bildirib. Paylayıcı şirkəti qazın digər məntəqələrdən paylanmasının davam edə biləcəyini bildirsə də, "Qazprom” bunun mümkün olmadığını açıqlayıb.

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, bu məlumatın yayılmasından sonra Avropada gündəlik qaz qiymətləri 5,4% artıb.

Rusiyanın "Qazprom” enerji şirkətinin nümayəndəsi Sergey Kupriyanov qeyd edib ki, Ukraynanın "Sohranovka” qazpaylama məntəqəsindən Rusiya qazının alınmasını dayandıracağı ilə bağlı onlara məlumat verildiyini və bunun səbəbini anlaya bilmədiklərini söyləyib. Paytaxt Moskvada jurnalistlərə açıqlama verən Kupriyanov deyib ki, "Sohranovka” məntəqəsi Ukraynadan keçən Rusiya qazının 30 faizini qəbul edir.

Ukraynanın fors-major vəziyyətə görə Sohranovkadan Rusiya qazını bir daha almayacağı barədə məlumat verdiyini qeyd edən Kupriyanov, "Ukrayna Qaz Ötürmə Sistemi Operatoru mayın 11-dən etibarən qaz alışını dayandıracağı xəbərdarlığını edib.

"Ukrayna xəbərdarlıq edib ki, Rusiya qazı "Sohranovka” limanına çatdırmağa davam edərsə, sözügedən təbii qazın həcmi Rusiya qazının Avropaya gedən həcmindən çıxılacaq. "Sohranovka” üzərindən ötürülən təbii qazın həcmini digər hissələrə ötürmək texnoloji cəhətdən mümkün deyil”.

Qeyd edək ki, Rusiya Avropaya göndərdiyi qazın 30 faizini Ukraynanın şərqindəki Donbas bölgəsində yerləşən və gündə təqribən 30 milyon kubmetr təbii qaz nəqletmə qabiliyyətinə malik "Sohranovka” vasitəsilə nəql edirdi.


Vasif

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

"Bu il də turist sayı acınaqlı olacaq" - Ekspert

"Quru sərhədlərinin hələ də  bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir”.   Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov de...

AZAL niyə ziyanla işləyir? - Natiq Cəfərlidən AÇIQLAMA

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən”. &nbs...

Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr

Son illərdə Azərbaycan iqtisadiyyatının lokomotivi funksiyasını qeyri neft-qaz sektoru həyata keçirir. Bu tendensiya cari ildə də müşahidə olunmaqdadır. 2...

Bu ölkənin baş naziri elan etdi: "Bir günlük neftimiz qalıb"

Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.   Sfera.az bildirir ki, nağd pul qıtlığının olduğunu və ...