Türkiyənin xarici ticarət kəsiri böyüyüb – Lirə bir qədər də ucuzlaşacaq

Türkiyənin xarici ticarət kəsiri böyüyüb – Lirə bir qədər də ucuzlaşacaq
Türkiyənin xarici ticarət kəsiri fevralda bir qədər də böyüyüb.

Sfera.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, fevralda kəsirin məbləği ötən ilin eyni ayına nisbətən 35,5 faiz artıb. Ötən ilin fevralında 5,8 milyard dollar olan kəsir bu ilin fevralında 7,88 milyard dollar təşkil edib.

İki aylıq xarici ticarət kəsiri isə 83,3 faiz artaraq 18,2 milyard dollar olub.

Kəsirin böyüməsi idxalın daha çox artması ilə bağlıdır. 2022-ci ilin fevralında ixrac əvvəlki ilin eyni ayına görə 25,4 faiz artaraq 20 milyard 4 milyon dollar olduğu halda, idxal 44,5 faiz artaraq 27 milyard 885 milyon dollar təşkil edib.

Türkiyənin xarici ticarət kəsirinin böyüməsində xam neftin və təbii qazın, həmçinin qızılın bahalaşmasının böyük rolu var.

Enerji və qızıl nəzərə alınmasa xarici ticarət kəsiri 560 milyon dollar olub.

Qeyd edək ki, xarici ticarətdə kəsirin böyüməsi ölkənin tədiyə balansında da kəsirin məbləğini artıracaq. Bu səbəbdən 2022-ci ildə lirənin ucuzlaşmasının davam edəcəyi ehtimalı böyükdür.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Türkiyədə BAHALAŞMA DALĞASI - Kirayə qiymətləri 30 faiz artacaq

Türkiyədə kirayə mənzil qiymətləri kəskin artıb. Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, apreldən kirayə qiymətləri 30 faiz artac...

Rusiya xəbərdarlığının “köhnə qitə”də yaratdığı BAHALAŞMA - Azərbaycan qaz satışından rekord gəlir əldə edəcək

Avropada qazın qiyməti 1400 dolları ötüb.   Sfera.az xəbər verir ki, Rusiyanın qaz ixracını dayandıracağına dair xəbərdarlığı "köhnə qitə”də mavi yanaca...

Rusiya yalnız dost ölkələrə ərzaq satacaq

Rusiya təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev "Telegram” kanalında bildirib ki, onun ölkəsi yalnız dost ölkələrə ərzaq ixrac edəcək. O, öz postund...

Türkiyənin xarici ticarət kəsiri böyüyüb – Lirə bir qədər də ucuzlaşacaq

Türkiyənin xarici ticarət kəsiri fevralda bir qədər də böyüyüb. Sfera.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, fevralda kəsirin ...

Avropaya qaz satılmayacaq? - “Qazprom” bu qərarın nəticələrini nəzərdən keçirir

Rusiyanın "Qazprom” şirkəti Avropaya qaz tədarükünün dayandırılması ssenarisi üzərində işləyir. Sfera.az xəbər verir ki, bu haqda "Kommersant” qəzeti yazı...

Rusiyanın iqtisadi itkiləri böyüyür: Bir aylıq zərər 1,4 trilyon dolları ötdü

Rusiyanın Ukraynada hərbi əməliyyatlar həyata keçirməsi və bununla əlaqədar sanksiyaların tətbiq olunması Rusiyaya böyük iqtisadi zərər vurur. Bu ilin fevralı...