Rusiya xəbərdarlığının “köhnə qitə”də yaratdığı BAHALAŞMA - Azərbaycan qaz satışından rekord gəlir əldə edəcək

Rusiya xəbərdarlığının “köhnə qitə”də yaratdığı BAHALAŞMA - Azərbaycan qaz satışından rekord gəlir əldə edəcək
Avropada qazın qiyməti 1400 dolları ötüb.
 
Sfera.az xəbər verir ki, Rusiyanın qaz ixracını dayandıracağına dair xəbərdarlığı "köhnə qitə”də mavi yanacağın bahalaşmasına səbəb olur.

Rəsmi Moskva bəyan edib ki, dost olmayan ölkələrə qaz rublla satılacaq, bu tələblə razılaşmayan ölkələrə isə ixrac dayandırılacaq. Avropanın artıq bir neçə ölkəsi bu tələbi qəbul etməyəcəyini bildirdiyindən qitədə qaz bahalaşır. Avropada qazın bahalaşması Azərbaycan üçün əlverişlidir. Çünki Avropada qiymət dəyişikliyi digər regionlarda da mavi yanacağın dəyərinin artmasına səbəb olur ki, bundan ölkəmiz də faydalanır.

Qazın bahalaşmasının faydasını satışdan əldə edilən gəlirlərdən görmək olar. Azərbaycanın ixrac etdiyi qazın orta qiyməti bu ilin yanvar-fevral aylarında 627 dollar təşkil edib. Bu məbləğ 2021-ci ildə qeydə alınan orta qiymətdən 2,27 dəfə böyükdür. Ötən il Azərbaycan qazı 276 dollara satılmışdı.

Qazın qiymətində artımı son aylarda müşahidə edirik. 2021-ci ilin yanvarında orta qiymət 89 dollar olduğu halda, noyabrda 459 dollar, dekabrda 589 dollar olub.

2022-ci ildən qiymətlərdə yeni artım qeydə alınıb. Yanvarda qiymət 498 dollara ensə də fevralda 716 dollara yüksəlib. Qazın bahalaşmasına neft qiymətləri də təsir edir. Çünki neft bahalaşanda qazın dəyəri də yüksəlir. Neftin hazırkı qiymətləri qaz dəyərinin yüksəlməsinə kömək edir.

Həm Avropada qazın bahalaşması, həm də neftin dəyərinin yüksək olması qaz qiymətlərinin hələ bir müddət 400-500 dollardan aşağı olmayacağından xəbər verir. Bu halda 2022-ci ildə ölkəmizin qaz satışından yüksək gəlir əldə edəcəyi ehtimalı böyükdür.

2022-ci ilin ilk 2 ayında Azərbaycan qaz satışından 2,49 milyard dollar gəlir əldə edib. Bu yüksək məbləğdir və ölkəmizin ümumi ixracının 41,7 faizini təşkil edib. Qaz satışından gəlirimiz neft satışından əldə edilən gəlirdən (2,94 milyard dollar) bir qədər az olub ki, bu da ilk dəfə rast gəlinən faktdır.

Əgər mövcud qiymət səviyyəsi qalarsa, Azərbaycanın cari ildə qaz satışından gəliri 9 milyard dolları ötəcək ki, bu da rekord göstərici olacaq.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Türkiyədə BAHALAŞMA DALĞASI - Kirayə qiymətləri 30 faiz artacaq

Türkiyədə kirayə mənzil qiymətləri kəskin artıb. Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, apreldən kirayə qiymətləri 30 faiz artac...

Rusiya xəbərdarlığının “köhnə qitə”də yaratdığı BAHALAŞMA - Azərbaycan qaz satışından rekord gəlir əldə edəcək

Avropada qazın qiyməti 1400 dolları ötüb.   Sfera.az xəbər verir ki, Rusiyanın qaz ixracını dayandıracağına dair xəbərdarlığı "köhnə qitə”də mavi yanaca...

Rusiya yalnız dost ölkələrə ərzaq satacaq

Rusiya təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev "Telegram” kanalında bildirib ki, onun ölkəsi yalnız dost ölkələrə ərzaq ixrac edəcək. O, öz postund...

Türkiyənin xarici ticarət kəsiri böyüyüb – Lirə bir qədər də ucuzlaşacaq

Türkiyənin xarici ticarət kəsiri fevralda bir qədər də böyüyüb. Sfera.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, fevralda kəsirin ...

Avropaya qaz satılmayacaq? - “Qazprom” bu qərarın nəticələrini nəzərdən keçirir

Rusiyanın "Qazprom” şirkəti Avropaya qaz tədarükünün dayandırılması ssenarisi üzərində işləyir. Sfera.az xəbər verir ki, bu haqda "Kommersant” qəzeti yazı...

Rusiyanın iqtisadi itkiləri böyüyür: Bir aylıq zərər 1,4 trilyon dolları ötdü

Rusiyanın Ukraynada hərbi əməliyyatlar həyata keçirməsi və bununla əlaqədar sanksiyaların tətbiq olunması Rusiyaya böyük iqtisadi zərər vurur. Bu ilin fevralı...