Rusiya yalnız dost ölkələrə ərzaq satacaq

Rusiya yalnız dost ölkələrə ərzaq satacaq
Rusiya təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev "Telegram” kanalında bildirib ki, onun ölkəsi yalnız dost ölkələrə ərzaq ixrac edəcək. O, öz postunda ölkəsinin ərzaq təhlükəsizliyini hansı prinsiplər əsasında qurduğunu sadalayıb.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Medvedev xarici ticarətdə milli valyutalardan istifadəyə hazır olduğunu qeyd edib: "Biz ərzaq və kənd təsərrüfatı məhsullarını yalnız dostlarımıza tədarük edəcəyik. Biz həm rublla, həm də razılaşdırılmış nisbətdə onların milli valyutasına satacağıq”.

O, xatırladıb ki, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracının həcmi silah ixracını üstələyir və ötən il 37 milyard dollardan çox olub:

"Rusiya dost olmayan ölkələrlə ərzaq ticarəti etməyəcək və 2014-cü ildə təsdiq edilmiş idxalı qadağan olunmuş məhsulların siyahısı genişlənə bilər”.

Qeyd edək ki, martın əvvəlində Qərbin yeni sanksiyalarına cavab olaraq Rusiya hökuməti qeyri-dost dövlətlərin siyahısını genişləndirib. İndi siyahıda 48 ölkənin adı var.
 
Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Türkiyədə BAHALAŞMA DALĞASI - Kirayə qiymətləri 30 faiz artacaq

Türkiyədə kirayə mənzil qiymətləri kəskin artıb. Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, apreldən kirayə qiymətləri 30 faiz artac...

Rusiya xəbərdarlığının “köhnə qitə”də yaratdığı BAHALAŞMA - Azərbaycan qaz satışından rekord gəlir əldə edəcək

Avropada qazın qiyməti 1400 dolları ötüb.   Sfera.az xəbər verir ki, Rusiyanın qaz ixracını dayandıracağına dair xəbərdarlığı "köhnə qitə”də mavi yanaca...

Rusiya yalnız dost ölkələrə ərzaq satacaq

Rusiya təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev "Telegram” kanalında bildirib ki, onun ölkəsi yalnız dost ölkələrə ərzaq ixrac edəcək. O, öz postund...

Türkiyənin xarici ticarət kəsiri böyüyüb – Lirə bir qədər də ucuzlaşacaq

Türkiyənin xarici ticarət kəsiri fevralda bir qədər də böyüyüb. Sfera.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, fevralda kəsirin ...

Avropaya qaz satılmayacaq? - “Qazprom” bu qərarın nəticələrini nəzərdən keçirir

Rusiyanın "Qazprom” şirkəti Avropaya qaz tədarükünün dayandırılması ssenarisi üzərində işləyir. Sfera.az xəbər verir ki, bu haqda "Kommersant” qəzeti yazı...

Rusiyanın iqtisadi itkiləri böyüyür: Bir aylıq zərər 1,4 trilyon dolları ötdü

Rusiyanın Ukraynada hərbi əməliyyatlar həyata keçirməsi və bununla əlaqədar sanksiyaların tətbiq olunması Rusiyaya böyük iqtisadi zərər vurur. Bu ilin fevralı...