Türkiyə əcnəbilər üçün cənnətə çevrilir - Dollar 15 lirəyə yaxınlaşır

Türkiyə əcnəbilər üçün cənnətə çevrilir - Dollar 15 lirəyə yaxınlaşır
Türkiyədə dolların bahalaşması davam edir.

Sfera.az bildirir ki, bu gün dollar/lirə məzənnəsi bir qədər də yüksələrək 14,94 həddini keçib.

Türkiyədə dolların yüksəlməsi son 2 gündə yenidən güclənib. Mayın 4-də 14,7 olan kurs iki gün ərzində 1,6 faizdən çox artıb.

Dollar/lirə kursunun yüksəlməsi ikitərəfli təsir nəticəsində baş verir. Yəni, həm qlobal səviyyədə dollar möhkəmlənir, həm də lirə zəifləyir.

ABŞ dollarının dünyanın aparıcı 6 valyutasına qarşı orta məzənnəsini göstərən Dollar İndeksi son günlərdə bir qədər də yüksələrək 99 həddindən 103-104 həddinə çatıb.

Dolların güclənməsi onun əksər valyutalara qarşı, o cümlədən lirəyə nisbətən məzənnəsinin yüksəlməsinə şərait yaradıb.

Dolların güclənməsi ilə yanaşı Türkiyənin xarici iqtisadi vəziyyətinin pisləşməsi də lirəni zəiflədir. Son aylarda Türkiyənin xarici ticarət kəsiri artdığından cari əməliyyatlarda yaranan mənfi fərq bir qədər də böyüyüb. Buna görə də lirə yalnız dollara qarşı yox, həm də digər valyutalara nisbətən ucuzlaşır. Beləliklə, həm dolların möhkəmlənməsi, həm də lirənin zəifləməsi dollar/lirə məzənnəsini yüksəldir.

Proqnozlara görə, may ayı ərzində bir dollar 15 lirə həddini keçəcək.

Qeyd edək ki, lirənin ucuzlaşması "qardaş ölkə”də yüksək bahalaşmaya səbəb olur. Amma Türkiyədən mal alan və bu ölkənin pullu xidmətlərindən, o cümlədən turizm sektorundan istifadə edənlərin xərcini azaldır. Lirənin ucuzlaşması mal və turizm xidmətlərinin dəyərinin düşməsinə səbəb olur.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

"Bu il də turist sayı acınaqlı olacaq" - Ekspert

"Quru sərhədlərinin hələ də  bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir”.   Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov de...

AZAL niyə ziyanla işləyir? - Natiq Cəfərlidən AÇIQLAMA

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən”. &nbs...

Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr

Son illərdə Azərbaycan iqtisadiyyatının lokomotivi funksiyasını qeyri neft-qaz sektoru həyata keçirir. Bu tendensiya cari ildə də müşahidə olunmaqdadır. 2...

Bu ölkənin baş naziri elan etdi: "Bir günlük neftimiz qalıb"

Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.   Sfera.az bildirir ki, nağd pul qıtlığının olduğunu və ...