Təhsil Nazirliyindən kurikulum açıqlaması: "Bu yenilənmə deməkdir"

Təhsil Nazirliyindən kurikulum açıqlaması:
2017-ci ildə "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin Qanuna əsasən, "Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” yenilənərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 avqust 2019-cu il tarixli 351 nömrəli Qərarı ilə "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı” təsdiq edilib.

Sfera.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  yazıb. O, kurikulumun yeniləndiyini bildirib:

"Dövlət standartı əsasında "Məktəbəqədər təhsil proqramı (kurikulum)” hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə təsdiq edilib. Bu səbəbdən 2012-ci ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilmiş hesab olunur. Bir daha vurğulayırıq ki, bu, 2012-ci ildən tətbiq edilən kurikulumun yenilənməsi deməkdir".
 

OXŞAR XƏBƏRLƏR

Nazirlik müəllimin şagirdi döyməsinə münasibət bildirdi - VİDEO

Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Sfera.az  xəbər verir...

Bu şagirdlər məktəbdən çıxarılır? - AÇIQLAMA

Zəif və orta nəticələr göstərən şagirdlərin 9-cu sinfi bitirdikdən sonra təhsildən uzaqlaşdırılması və peşə məktəblərinə yönəldilməsi ilə bağlı məktəb direktorl...

21 şagird məktəbdən uzaqlaşdırılıb? - NAZİRLİKDƏN CAVAB

Xəbər verdiyimiz kimi, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin 21 şagirdi zəif nəticə göstə...

Bakıda 37 orta məktəbə yeni direktor təyin olundu - SİYAHI

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 37 orta məktəbə yeni direktor təyin olunub. Sfera.az xəbər verir ki, bu barədə...

"Direktorların təyinatında ciddi qanun pozuntularına yol verilir" - Deputat iki məktəbin adını çəkdi

"Son zamanlar məktəb direktorlarının təyinatında yol verilən ciddi qanun pozuntuları neqativ halların dərinləşməsinə səbəb olur”.   Sfera.az bildirir ki,...

Başqasının yerinə imtahana girmək istədi, 4 telefon aşkarlandı

Dövlət İmtahan Mərkəzi mayın 15-də əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi x...