Başqasının yerinə imtahana girmək istədi, 4 telefon aşkarlandı

Başqasının yerinə imtahana girmək istədi, 4 telefon aşkarlandı
Dövlət İmtahan Mərkəzi mayın 15-də əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, aprel-may aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirib.
 
Mərkəzdən Sfera.az-a bildirilib ki, bu gün, həmçinin eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları imtahan veriblər.
 
İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan Muxtar Respublikasına təşkil olunub.
 
Ümumilikdə imtahanların idarə olunmasına 59 ümumi imtahan rəhbəri, 174 imtahan rəhbəri, 1332 nəzarətçi-müəllim, 132 buraxılış rejimi əməkdaşı və 59 bina nümayəndəsi ayrılıb.
 
İmtahanda 14112 nəfərin iştirakı nəzərdə tutulurdu. İmtahanlarda 13 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
 
Mayın 16-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
 
Bu gün keçirilən imtahanla bağlı operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb.
 
Qeyd olunan bütün qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR

Nazirlik müəllimin şagirdi döyməsinə münasibət bildirdi - VİDEO

Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Sfera.az  xəbər verir...

Bu şagirdlər məktəbdən çıxarılır? - AÇIQLAMA

Zəif və orta nəticələr göstərən şagirdlərin 9-cu sinfi bitirdikdən sonra təhsildən uzaqlaşdırılması və peşə məktəblərinə yönəldilməsi ilə bağlı məktəb direktorl...

21 şagird məktəbdən uzaqlaşdırılıb? - NAZİRLİKDƏN CAVAB

Xəbər verdiyimiz kimi, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin 21 şagirdi zəif nəticə göstə...

Bakıda 37 orta məktəbə yeni direktor təyin olundu - SİYAHI

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 37 orta məktəbə yeni direktor təyin olunub. Sfera.az xəbər verir ki, bu barədə...

"Direktorların təyinatında ciddi qanun pozuntularına yol verilir" - Deputat iki məktəbin adını çəkdi

"Son zamanlar məktəb direktorlarının təyinatında yol verilən ciddi qanun pozuntuları neqativ halların dərinləşməsinə səbəb olur”.   Sfera.az bildirir ki,...

Başqasının yerinə imtahana girmək istədi, 4 telefon aşkarlandı

Dövlət İmtahan Mərkəzi mayın 15-də əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi x...