Bu şagirdlər məktəbdən çıxarılır? - AÇIQLAMA

Bu şagirdlər məktəbdən çıxarılır? - AÇIQLAMA
Zəif və orta nəticələr göstərən şagirdlərin 9-cu sinfi bitirdikdən sonra təhsildən uzaqlaşdırılması və peşə məktəblərinə yönəldilməsi ilə bağlı məktəb direktorlarının özbaşına göstərişlərinə Təhsil Nazirliyi reaksiya verib.
 
AR Təhsil qanununun 19-cu maddəsinin 14-cü bəndinə əsasən, ümumi orta təhsil pilləsi (9 illik) icbari hesab olunur:

"Tam orta təhsil əldə etmək üçün valideyn və ya şagirdin istəyi nəzərə alınır. Şagirdin tam orta təhsil alması üçün əvvəl ümumi orta təhsil aldığı məktəbin adi sinfində (valideyn ərizəsi əsasında birbaşa elektron qaydada), buraxılış imtahanında əldə etdiyi qiymət imkan verdiyi halda təmayül sinfində və ya yaşadığı rayonun digər məktəblərində yerdəyişmə yolu ilə təhsilini davam etdirmək hüququ vardır və bu heç bir halda məhdudlaşdırılmır. Əlavə olaraq onu da qeyd edək ki, tam orta təhsil pilləsinə qəbul valideynlərin ərizələri əsasında cari ilin avqust ayında start götürəcəkdir”.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl məktəb direktorlarının zəif və orta göstəricilər əldə edən IX sinif şagirdlərini məktəbdən məcburi şəkildə uzaqlaşdırılması halları barədə məlumatlar yayılmışdı./Axar.az/

 

OXŞAR XƏBƏRLƏR

Bu şagirdlər məktəbdən çıxarılır? - AÇIQLAMA

Zəif və orta nəticələr göstərən şagirdlərin 9-cu sinfi bitirdikdən sonra təhsildən uzaqlaşdırılması və peşə məktəblərinə yönəldilməsi ilə bağlı məktəb direktorl...

“Virtual təhsil platforması”: Fişinq hücumlarından necə qorunmalı? - Layihə təqdim edildi / FOTOLAR

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti "Virtual təhsil platforması” layihəsini t...

Kaspi Təhsil Mərkəzi Əli Həsənovdan alındı — Qapısı möhürləndi

Kaspi Təhsil Mərkəzinin Səbail rayonunda yerləşən binası möhürlənib.   Sfera.az xəbər verir ki, bu barədə Demokrat.az məlumat yayıb.  Bildirili...

Növbəti buraxılış imtahanı keçirildi

Aprelin 24-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Xətai, Xəzər rayonlarında, Abşeron (II hissə), Füzuli, Quba (I hissə), Masallı (I hissə), N...

Təhsil müəssisələrində çalışan təhsil işçilərinin 90 faizi vaksinasiyadan keçib

Hazırda ölkə üzrə bütün təhsil işçilərinin 86 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib. Bu barədə Sfera.az-a Təhsil Nazirliyindən məlumat verilib. Məl...

Daha bir müəllim koronavirusdan vəfat etdi

Daha bir müəllim koronavirusdan vəfat edib. Sfera.az-ın məlumatına görə, Elza Abdullayeva ötən gün COVİD-19-un qurbanı olub. Qeyd edək ki, E.Abdulla...