Son 40 ilin ən yüksək bahalaşması: Hər ay dövriyyədən 95 milyard dollar yığışdırılacaq - QƏRAR

Son 40 ilin ən yüksək bahalaşması: Hər ay dövriyyədən 95 milyard dollar yığışdırılacaq - QƏRAR
ABŞ Mərkəzi Bankı (FED) balansının azaldılması planına may toplantısından başlaya bilər. Bu qənaət FED-in 15-16 mart 2022-ci il tarixlərində keçirilən son iclasının protokollarının açıqlanmasından sonra yaranıb.

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, maydan etibarən hər ay balansın 95 milyard dollar azaldılması məqsədəuyğun hesab edilib.

Hazırda FED-in 9 trilyon dollara yaxın balans aktivi var. Balansın 4-5 trilyon dollara qədər azaldılması gözlənilir. Balansın azaldılması ilə yanaşı uçot dərəcəsinin də davamlı artırılması gözlənilir. Hazırda 0,25-0,75 olan faiz dəhlizinin ilin yekununda 2-2,25 səviyyəsinə çatdırılacağı ehtimalı var.
 
ABŞ ekspertlərinin şərhinə görə, əgər balans davamlı və sürətlə azaldılarsa, eyni zamanda uçot dərəcəsi artırılarsa, o halda dövriyyədə olan dollarla pul kütləsinin həcmi azalacaq və dollar möhkəmlənəcək.

FED sonuncu dəfə bu qədər sərt davranışa 1994-cü ildə gedib. Yenidən balansın kəskin azaldılması və faizlərin sürətlə artırılması qərarına səbəb yüksək inflyasiyadır. ABŞ-da qeydə alınan qiymət artımları son 40 ilin ən yüksək bahalaşması hesab olunur.

Gözləntilər özünü doğruldarsa, yəni həm faizlər bir neçə dəfə artırılarsa, həm də dövriyyədə olan dolların həcmi sürətlə azaldılarsa, bir çox məhsulun qiymətində enmə müşahidə ediləcək.
 
O cümlədən neft və neft məhsullarının, əlvan metalların, taxıl, pambıq və dəyəri birjalarda müəyyən edilən digər kənd təsərrüfatı mallarının ucuzlaşacağı proznozlaşdırılır.

Vasif
Sfera.az 

OXŞAR XƏBƏRLƏR

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Yaxında Azərbaycanda bu məhsulları tapmaq olmayacaq - SİYAHI

İşğal səbəbindən Ukraynanın Qara dəniz limanlarından istifadə edə bilməməsi bu ölkədən mal alan ölkələri çətin vəziyyətə salıb. Artıq bir çox ölkədə buğda, günə...

Azərbaycanda günəmuzd çalışanlara maddi yardım edilə bilər - TƏKLİF

"Müəyyən sahələr üzrə aylıq əmək haqları artırılsa da, büdcə təşkilatlarından kənar insanlara bu şamil edilmədi”.  Sfera.az xəbər verir ki, bunu iqti...

“Hindistanın dərdi pul dərdidir, taxıl satmayacaqlar” – Ekpsertdən AÇIQLAMA

"Rusiya, Ukrayna və Qazaxstan taxıl ixracına məhdudiyyət qoyduqdan sonra bir çox ölkələrin taxıl ümidləri Hindistana idi. Bu gün isə bildirildi ki, Hindistan da...

Embarqoya baxmayaraq Rusiyanın üzü gülür: Neft gəlirlərinin artma səbəbi nədir?

Beynəlxalq Enerji Agentliyi Rusiyanın 2022-ci ilin ilk dörd ayında neft gəlirlərinin 50 faiz artdığı haqqında məlumat açıqlayıb. Sfera.az "Bloomberg”ə ist...

Qiymətlərdə böyük fərq yaranıb: Bu yazını oxumadan lirə və rubl alıb-satmayın! - Hansı bankda neçəyədir?

Məzənnə dəyəri sürətlə dəyişən valyutaların alış/satış qiymətləri arasında kəskin fərqlər yaranıb. Azərbaycanda fəaliyyət göstərən bankların günlük məlumatların...