Ruslar Azərbaycan idmançısının evinə raket atdı - Həyat yoldaşından ilk AÇIQLAMA

Ruslar Azərbaycan idmançısının evinə raket atdı - Həyat yoldaşından ilk AÇIQLAMA
Hazırda Ukraynada yaşayan Azərbaycanın tanınmış qadın cüdoçusu İrina Kindzerskaya "Instagram” hesabında gözüyaşlı fotosunu paylaşaraq rusiyalıların da eyni həyəcan keçirməsini arzuladığını bildirib.
 
Sfera.az bildirir ki, Yenisabah.az  nə baş verdiyini soruşmaq üçün İrina Kindzerska ilə əlaqə saxlayıb. Telefona onun həyat yoldaşı Həmid Əliyev cavab verərək hazırda İrinanın vəziyyətinin çox da yaxşı olmadığını deyib:

"İrina danışacaq halda deyil. Ukraynadan çıxmışıq lakin komendant saatı olduğuna görə hələ də çata bilməmişik. 4-5 saatlıq yolumuz qalıb. Çatdığımız zaman ətraflı məlumat verəcəyik. 

İrinanın sağlığı yerindədir problem yoxdur. Sadəcə olaraq bir az yorğundur, özünü pis hiss edir”.

Həmid Əliyev evlərinə raket düşdüyünü, bu səbəbdən yaşadıqları İrpen şəhərini tərk etdiklərini bildirib, lakin hara getdiklərini deməyib:

"Raket bizim evə atılıb. 1000 mənzilli binaya, balaca şəhərciyə raket atıblar. Həmin raket gəlib bizim evin balkonundakı qaz turbasını partladıb. Hələki evin vəziyyəti necədir, bilmirik”.
 



OXŞAR XƏBƏRLƏR

Nazir xanım müavininin videosundan danışdı: "Kimin yaydığını bilirik..."+ VİDEO

Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasilevanın haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib. Sfera.az xəbər ver...

Putin bu VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILDI

Beynəlxalq Cüdo Federasiyası (IJF) Rusiya Prezidenti Vladimir Putin və iş adamı Arkadi Rotenberqi təşkilatdakı vəzifələrdən uzaqlaşdırıb. Sfera.az xəbər v...

Ruslar Azərbaycan idmançısının evinə raket atdı - Həyat yoldaşından ilk AÇIQLAMA

Hazırda Ukraynada yaşayan Azərbaycanın tanınmış qadın cüdoçusu İrina Kindzerskaya "Instagram” hesabında gözüyaşlı fotosunu paylaşaraq rusiyalıların da eyni həyə...

Pekin-2022: Azərbaycan nümayəndə heyəti paraddan keçdi

Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində paraddan keçib. Sfera.az xəbər verir ki, tədbirdə Dövlət bayrağını fiqu...

Prezident ən çox sevdiyi idman növündən danışdı

"Mən imkan daxilində hamıya, gənclərə isə, əlbəttə, maksimum dərəcədə idmanla məşğul olmağı məsləhət görürəm. Ona görə ki, bu, sağlamlıq üçün, ilk növbədə cəmiy...

Azərbaycan millisində kütləvi yoluxma - Toplanış ləğv olundu

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirakı ləğ...