Prezident ən çox sevdiyi idman növündən danışdı

Prezident ən çox sevdiyi idman növündən danışdı
"Mən imkan daxilində hamıya, gənclərə isə, əlbəttə, maksimum dərəcədə idmanla məşğul olmağı məsləhət görürəm. Ona görə ki, bu, sağlamlıq üçün, ilk növbədə cəmiyyət üçün faydalıdır”.

Sfera.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib.

"Məsələn, elə həmin Vətən müharibəsini götürək. Axı aşağıdan yuxarıya, özü də tam geyinmiş halda avtomatlarla təchiz olunmuş şəkildə dırmaşmaq və yuxarıdan hər şeyə nəzarət edən düşmənə qalib gəlmək üçün çox böyük, inanılmaz fiziki qüvvə tələb olunurdu”, - deyən dövlət başçısı onu da əlavə edib ki, təkcə Daşaltıdan Şuşaya piyada getmək, necə deyərlər, böyük sınaqdır.

"Amma sənin üstünə avtomatlardan, pulemyotlardan, tanklardan atəş yağdırılırsa, mənəvi və fiziki ruh yüksəkliyi lazımdır. Bu, mənəvi və fiziki ruhun birliyidir. Bəs əgər bizim gənclər hazırlıqsız olsaydı, əgər onlar fiziki cəhətdən zəif olsaydı, bacarardılarmı? Bacarmazdılar”.

Prezident İlham Əliyev bildirib ki, idman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır, iş qabiliyyətidir, mənəvi vəziyyətdir.

"Sevimli idman növü məsələsinə gəldikdə isə, deməliyəm, yəqin dəniz sahilində böyümüş insan üçün təbii ki, bu, üzgüçülükdür. Mən şadam ki, indi Azərbaycanın demək olar hər bir şəhərində üzgüçülük hovuzu var. Mənim fikrimcə, bu, həm sağlamlıq üçün, həm də mənəvi vəziyyət üçün ən yaxşı idman növüdür”, - deyə dövlət başçısı vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Nazir xanım müavininin videosundan danışdı: "Kimin yaydığını bilirik..."+ VİDEO

Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasilevanın haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib. Sfera.az xəbər ver...

Putin bu VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILDI

Beynəlxalq Cüdo Federasiyası (IJF) Rusiya Prezidenti Vladimir Putin və iş adamı Arkadi Rotenberqi təşkilatdakı vəzifələrdən uzaqlaşdırıb. Sfera.az xəbər v...

Ruslar Azərbaycan idmançısının evinə raket atdı - Həyat yoldaşından ilk AÇIQLAMA

Hazırda Ukraynada yaşayan Azərbaycanın tanınmış qadın cüdoçusu İrina Kindzerskaya "Instagram” hesabında gözüyaşlı fotosunu paylaşaraq rusiyalıların da eyni həyə...

Pekin-2022: Azərbaycan nümayəndə heyəti paraddan keçdi

Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində paraddan keçib. Sfera.az xəbər verir ki, tədbirdə Dövlət bayrağını fiqu...

Prezident ən çox sevdiyi idman növündən danışdı

"Mən imkan daxilində hamıya, gənclərə isə, əlbəttə, maksimum dərəcədə idmanla məşğul olmağı məsləhət görürəm. Ona görə ki, bu, sağlamlıq üçün, ilk növbədə cəmiy...

Azərbaycan millisində kütləvi yoluxma - Toplanış ləğv olundu

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirakı ləğ...