Pekin-2022: Azərbaycan nümayəndə heyəti paraddan keçdi

Pekin-2022: Azərbaycan nümayəndə heyəti paraddan keçdi
Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində paraddan keçib.

Sfera.az xəbər verir ki, tədbirdə Dövlət bayrağını fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb.

Azərbaycan paradda iştirak edən 42-ci ölkə olub. Açılışa komandanın şef de-missionu, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov və məşqçi Aleksey Çetvertuxin də qatılıb.

Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci, Türkiyə ikinci, Malta isə üçüncü keçib.

Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək.

Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR

Nazir xanım müavininin videosundan danışdı: "Kimin yaydığını bilirik..."+ VİDEO

Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasilevanın haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib. Sfera.az xəbər ver...

Putin bu VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILDI

Beynəlxalq Cüdo Federasiyası (IJF) Rusiya Prezidenti Vladimir Putin və iş adamı Arkadi Rotenberqi təşkilatdakı vəzifələrdən uzaqlaşdırıb. Sfera.az xəbər v...

Ruslar Azərbaycan idmançısının evinə raket atdı - Həyat yoldaşından ilk AÇIQLAMA

Hazırda Ukraynada yaşayan Azərbaycanın tanınmış qadın cüdoçusu İrina Kindzerskaya "Instagram” hesabında gözüyaşlı fotosunu paylaşaraq rusiyalıların da eyni həyə...

Pekin-2022: Azərbaycan nümayəndə heyəti paraddan keçdi

Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində paraddan keçib. Sfera.az xəbər verir ki, tədbirdə Dövlət bayrağını fiqu...

Prezident ən çox sevdiyi idman növündən danışdı

"Mən imkan daxilində hamıya, gənclərə isə, əlbəttə, maksimum dərəcədə idmanla məşğul olmağı məsləhət görürəm. Ona görə ki, bu, sağlamlıq üçün, ilk növbədə cəmiy...

Azərbaycan millisində kütləvi yoluxma - Toplanış ləğv olundu

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirakı ləğ...