Rusiyadan QƏRAR - Günəbaxan toxumunun ixracı dayandırıldı

Rusiyadan QƏRAR - Günəbaxan toxumunun ixracı dayandırıldı
Rusiya günəbaxan toxumunun ixracına tam qadağa, günəbaxan yağının və soya unun ixracına kvota tətbiq edib.
 
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, aprelin 1-dən avqustun 31-dək Rusiyadan günəbaxan ixracı mümkün olmayacaq. Aprelin 15-dən avqustun 31-dək isə günəbaxan yağının və soya unun ixracına məhdudiyyət gətiriləcək.

Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi günəbaxan yağının ixracına qeyri-tarif kvotası tətbiq edib. Bu qaydaya əsasən qeyd edilən müddətdə 1,5 milyon tondan çox yağ, 700 min tondan artıq soya unu satılmayacaq.

Kənd Təsərrüfatı Nazirliyi qeyd edir ki, hazırda günəbaxan yağı və yağlı bitkilərin dünya qiymətlərinin kəskin artması fonunda Rusiya məhsullarına tələbat artmaqdadır. Bu qərarlar daxili bazarın qorunmasına və emal müəssisələrinin tələbatının ödənilməsinə yönəlib.
 
Qeyd edək ki, Azərbaycan Rusiyadan böyük miqdarda günəbaxan toxumu və yağı idxal edir. Xüsusən yağın daha çox hissəsi Rusiyadan alınır. Toxumun isə təxminən 45-50 faizi Rusiyadan gətirilir.
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Yaxında Azərbaycanda bu məhsulları tapmaq olmayacaq - SİYAHI

İşğal səbəbindən Ukraynanın Qara dəniz limanlarından istifadə edə bilməməsi bu ölkədən mal alan ölkələri çətin vəziyyətə salıb. Artıq bir çox ölkədə buğda, günə...

Azərbaycanda günəmuzd çalışanlara maddi yardım edilə bilər - TƏKLİF

"Müəyyən sahələr üzrə aylıq əmək haqları artırılsa da, büdcə təşkilatlarından kənar insanlara bu şamil edilmədi”.  Sfera.az xəbər verir ki, bunu iqti...

“Hindistanın dərdi pul dərdidir, taxıl satmayacaqlar” – Ekpsertdən AÇIQLAMA

"Rusiya, Ukrayna və Qazaxstan taxıl ixracına məhdudiyyət qoyduqdan sonra bir çox ölkələrin taxıl ümidləri Hindistana idi. Bu gün isə bildirildi ki, Hindistan da...

Embarqoya baxmayaraq Rusiyanın üzü gülür: Neft gəlirlərinin artma səbəbi nədir?

Beynəlxalq Enerji Agentliyi Rusiyanın 2022-ci ilin ilk dörd ayında neft gəlirlərinin 50 faiz artdığı haqqında məlumat açıqlayıb. Sfera.az "Bloomberg”ə ist...

Qiymətlərdə böyük fərq yaranıb: Bu yazını oxumadan lirə və rubl alıb-satmayın! - Hansı bankda neçəyədir?

Məzənnə dəyəri sürətlə dəyişən valyutaların alış/satış qiymətləri arasında kəskin fərqlər yaranıb. Azərbaycanda fəaliyyət göstərən bankların günlük məlumatların...