Rusiyadan HƏDƏ: “Ya rublla ödəyin, ya da...”

Rusiyadan HƏDƏ: “Ya rublla ödəyin, ya da...”
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında "Qazprom”un Bolqarıstan və Polşaya təbii qazın nəqlini rublla ödəmə sisteminə uyğun gəlmədiyi üçün tamamilə dayandırmasını qiymətləndirib.
 
Peskov Rusiyanın təhlükəsiz təchizatçı olduğunu və müqavilə öhdəliklərinə əməl etməyə davam etdiyini bildirib.
 
"Yeni ödəniş şərtləri, bu yeni metodologiyaya ehtiyac iqtisadiyyat və maliyyə sektorlarında atılan misli görülməmiş düşməncə addımlar nəticəsində yaranıb. Böyük həcmdə ehtiyatlarımızı blok etdilər, daha düzünü desəm, oğurladılar. Bütün bunlar yeni ödəniş sisteminə keçidi zərurətə çevirdi”, - Peskov bildirib.
 
Peskov Rusiyanın Avropa ölkələrini şantaj etməsi ilə bağlı ittihamları qəbul etmədiklərini söyləyib: "Bütün yeni şərtlər müştərilərə əvvəlcədən bildirilib”.
 
Kremlin sözçüsü digər ölkələrə təbii qaz nəqlindəki durumla bağlı sualı da cavablandırıb:
 
"Müştərilər təbii qazın ödəniş tarixi gələndə yeni sistemlə ödəməkdən imtina edərlərsə, prezidentin fərmanı qüvvəyə minəcək. Doğru ödəniş tədarükün davam etdirilməsi üçün əsasdır”.
 
Peskov Polşa və Bolqarıstana təbii qazın nəqlini dayandırmaq üçün lazımi hazırlıqları gördüklərini vurğulayıb:
 
"Hər şeyi hesablamışıq, bütün riskləri qabaqcadan nəzərə almışıq və ehtiyat tədbirləri görmüşük. Kimin razı olub-olmamasına gəlincə, bilirsiniz ki, prezident həmsöhbətlərinə dəfələrlə praktiki olaraq heç nəyin dəyişmədiyini açıqlayıb. Yeganə yenilik "Qasprombank”da iki hesab açmaq tələbidir. Hər hansı bir problem və ya itki, məzənnə fərqinə görə qiymət dəyişikliyi yoxdur”.
 

OXŞAR XƏBƏRLƏR

Vahid Ələkbərov 3,09 milyard dollar itirdi

Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən bəri 45,484 milyard dollar azalıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, ən çox i...

Rusiyadan HƏDƏ: “Ya rublla ödəyin, ya da...”

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında "Qazprom”un Bolqarıstan və Polşaya təbii qazın nəqlini rublla ödəmə sisteminə uyğun gəlmədiyi üçün tam...

Sanksiyaların mümkün TƏSİRİ - Rusiya müflis ola bilər? - ŞƏRH

Rusiayaya qarşı 6-cı sanksiya paketində əsasən "Sberbank”ın çökdürülməsi üçün məhdudiyyətlər tətbiq edilməsi nəzərdə tutulub. Bu məhdudiyyətlər Rusiyanın ümumi ...

Türkiyədə BAHALAŞMA DALĞASI - Kirayə qiymətləri 30 faiz artacaq

Türkiyədə kirayə mənzil qiymətləri kəskin artıb. Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, apreldən kirayə qiymətləri 30 faiz artac...

Rusiya xəbərdarlığının “köhnə qitə”də yaratdığı BAHALAŞMA - Azərbaycan qaz satışından rekord gəlir əldə edəcək

Avropada qazın qiyməti 1400 dolları ötüb.   Sfera.az xəbər verir ki, Rusiyanın qaz ixracını dayandıracağına dair xəbərdarlığı "köhnə qitə”də mavi yanaca...

Rusiya yalnız dost ölkələrə ərzaq satacaq

Rusiya təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev "Telegram” kanalında bildirib ki, onun ölkəsi yalnız dost ölkələrə ərzaq ixrac edəcək. O, öz postund...