Rubl bir qədər də bahalaşdı: Məzənnə ikiillik maksimuma çatıb

Rubl bir qədər də bahalaşdı: Məzənnə ikiillik maksimuma çatıb
Rublun ABŞ dollarına qarşı olan məzənnəsi son 2 ilin ən yüksək səviyyəsinə çatıb.

Sfera.az xəbər verir ki, dollar/rubl kursu bu gün bir qədər də enərək 66,2 səviyyəsinə düşüb. Bu səviyyə 2020-ci ilin fevralından sonra qeydə alınan ən aşağı səviyyədir.

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar olaraq bu ilin martın əvvəlində dollar/rubl məzənnəsi 144 həddinə qədər artmışdı. Lakin hökumətin və mərkəzi bankın atdığı addımlar sayəsində, eyni zamanda dünyada enerji daşıyıcılarının bahalaşması hesabına son 2 ayda rublun məzənnəsi möhkəmlənir.
 
Neft və qazın qiyməti bir qədər də artacağı təqdirdə və ya mövcud qiymətlər sabit qalacağı halda rublda bahalaşma davam edəcək.


Vasif
Sfera.az 

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

"Bu il də turist sayı acınaqlı olacaq" - Ekspert

"Quru sərhədlərinin hələ də  bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir”.   Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov de...

AZAL niyə ziyanla işləyir? - Natiq Cəfərlidən AÇIQLAMA

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən”. &nbs...

Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr

Son illərdə Azərbaycan iqtisadiyyatının lokomotivi funksiyasını qeyri neft-qaz sektoru həyata keçirir. Bu tendensiya cari ildə də müşahidə olunmaqdadır. 2...

Bu ölkənin baş naziri elan etdi: "Bir günlük neftimiz qalıb"

Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.   Sfera.az bildirir ki, nağd pul qıtlığının olduğunu və ...