Ürəyin qəfildən dayanması daha çox həftənin hansı günü baş verir?

Ürəyin qəfildən dayanması daha çox həftənin hansı günü baş verir?
Son vaxtlara qədər hesab olunurdu ki, ürəyin qəfildən dayanması halları daha çox bazar ertəsi səhər baş verir.

Lakin amerikalı bir qrup alimin apardığı təhqiqat nəticəsində bunun heç də belə olmadığı üzə çıxıb.

Sfera.az xəbər verir ki, Sidars-Sinay Tibb Mərkəzi yanında Ürək Ritmi Mərkəzinin direktoru, doktor Samit Çuq həmkarları ilə birgə ABŞ-ın Oreqon ştatında 2631 qəfil ürəktutma faktını araşdırıb.

Məlum olub ki, ürək dayanmaları daha çox günün nahardan sonrakı vaxtında (31.6%) qeydə alınır. Bu halların 27.6%-i səhər, 26.9%-i axşam, yalnız 13.9%-i səhər tezdən baş verir.    

Alimlər ürəyin qəfil dayanması və ürəyin elektrik aktivliyinin pozulmasını əsas götürüblər.

Doktor Çuq ürək dayanmalarının vaxtının dəyişməsində əsas faktorlardan biri kimi həyat şəraiti və iş rejimini qeyd edib.

Araşdırmalar nəticəsində o da məlum olub ki, ürək dayanmalarının bazar ertəsi baş verməsi barədə fikirlər daha özünü doğrultmur. Doktor Çuq deyib ki, hazırda ürək dayanmalarının daha çox bazar günlərinə təsadüf etdiyi təsdiqlənib.

Alimlər qəfil ürək dayanması keçirən şəxslərin 70-90%-nin xəstəxanaya çatmamış dünyasını dəyişdiyini də bildirirlər.
 
(e-tibb.az)

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...