Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

20:05 / 17.05.2022
2618
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 367, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 487, üç və daha çox doza vaksin vurduranların sayı 2 412, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 nəfərdir.