128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”
Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub. 
 
Sfera.az xəbər verir ki, qarğıdalı fermasında doğulan və 12 uşağın ən böyüyü olan Yohanna Mazibuko fermalarda çox yaxşı şəraitdə yaşadığını və heç bir problemi olmadığını söyləyib. O, əsasən istifadə etdiyi qidalar arasında təzə süd və yabanı ispanaq olduğunu deyib. Yaşlı qadın bu qidaların ona 128 yaşa çatmasına kömək etdiyini bildirib. İndi müasir yeməklər də yediyini deyən Mazibuko uşaqlıq yeməkləri üçün çox darıxdığını deyib.

Mazibukonun 7 uşağı var, onlardan 2-i sağdır. 50-ə yaxın nəticəsi olan qadının səhhətində hansısa problemin olmadığı deyilir.

Rəsmi olaraq dünyanın ən yaşlı insanı kimi tanınan və 2019-cu ildə Cinnesin Rekordlar Kitabına düşən yapon Keyn Tanaka bir neçə gün öncə 119 yaşında həyatını itirib. 

Əzizə Zeynal 
Sfera.az