Qaz satışı Azərbaycana neft qədər gəlir gətirəcək – TƏHLİL

Qaz satışı Azərbaycana neft qədər gəlir gətirəcək – TƏHLİL
2022-ci ildə Azərbaycanın qaz satışından əldə edəcəyi gəlir neft satışından əldə olunacaq gəlirə bərabər, hətta bir qədər yüksək ola bilər.


Sfera.az bildirir ki, bu ehtimalı irəli sürməyə ölkəmizdən ixrac edilən qazın həcminin artması və mavi yanacağın bir hissəsinin spot (gündəlik bazar) qiymətləri ilə satılması əsas verir.


Azərbaycan qazının çox hissəsini Qərbi Avropa regionuna satır. Burada son bir ildə qazın qiyməti dəfələrlə yüksəlib. Qiymət artımları ilk növbədə spot müqavilələrdə özünü göstərsə də tədricən uzunmüddətli müqavilə ilə satılan mavi yanacağın dəyərində də artım var.


Son məlumata əsasən, Avropada spot qiymətlər 1150 dollar təşkil edir. Spot qiymətlərin artması və neftin bahalaşması ilə əlaqədar Azərbaycanın uzunmüddətli müqavilə ilə satdığı qaz da bahalaşıb. Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir ki, yanvar-fevral aylarında Azərbaycandan ixrac olunan qazın qiyməti 627 dollar təşkil edib. Bu məbləğ 2021-ci ildə qeydə alınan orta qiymətdən 2,27 dəfə böyükdür. Ötən il Azərbaycan qazı 276 dollara satılmışdı. Fevralda isə orta qiymət 716 dollara yüksəlib.


Məlumatlara görə, Rusiyaya sanksiyaların tətbiq edilməsindən sonra Yunanıstan və İtaliya ölkəmizdən əlavə qaz istəyib. Hazırda TAP kəməri ilə gündəlik 33 milyon kub metr qaz ötürülür ki, bu da əvvəlki günlərlə müqayisədə 17-18 faiz çoxdur.


Satılan əlavə qazın qiyməti uzunmüddətli müqavilədə olan qiymətlə yox, məhz spot qiyməti ilə alınır. Buna görə də mart ayında Azərbaycanın ixrac etdiyi qazın bir hissəsinin dəyəri 1000 dollardan yüksək məbləğə satılıb.


Əlavə qaz miqdarının həcmi illik 1,3-2 milyard kub metr olacağı proqnozlaşdırılır. Əgər əlavə həcm orta hesabla 1000 dollardan satılarsa, ixracdan ümumi gəlir daha 1,3-2 milyard dollar artacaq.


Həm qazın bahalaşması, həm əlavə həcmlərin spot qiymətinə ixrac edilməsi hesabına Azərbaycanın qaz gəlirləri ilin sonunda 17 milyard dolları ötə bilər. Ehtimal edilən vəziyyətdə ölkəmizin qaz satışından neft satışı ilə eyni məbləğdə, hətta bir qədər çox gəlir əldə etməsi mümkündür ki, bu da son 31 ildə qeydə alınan ilk hal olacaq.  


Xatırladaq ki, 2022-ci ilin ilk 2 ayında Azərbaycan qaz satışından 2,49 milyard dollar gəlir əldə edib. Qaz satışından gəlirimiz neft satışından əldə edilən gəlirin 85 faizi qədərində olub ki, bunun özü də ilk haldır.


Vasif
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

"Bu il də turist sayı acınaqlı olacaq" - Ekspert

"Quru sərhədlərinin hələ də  bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir”.   Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov de...

AZAL niyə ziyanla işləyir? - Natiq Cəfərlidən AÇIQLAMA

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən”. &nbs...

Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr

Son illərdə Azərbaycan iqtisadiyyatının lokomotivi funksiyasını qeyri neft-qaz sektoru həyata keçirir. Bu tendensiya cari ildə də müşahidə olunmaqdadır. 2...

Bu ölkənin baş naziri elan etdi: "Bir günlük neftimiz qalıb"

Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.   Sfera.az bildirir ki, nağd pul qıtlığının olduğunu və ...