Neft Fondu dollar satışını azaldıb - RƏSMİ

İqtisadiyyat
13:49 / 04.05.2022
1483
Azərbaycan Dövlət Neft Fondu 2022-ci ilin aprelində keçirilən valyuta hərraclarında 548,7 milyon dollar dəyərində xarici valyuta satıb.
Sfera.az Fondun məlumatlarına istinadən bildirir ki, bu məbləğ son 3 ayın ən yüksək məbləğidir.
İlin ilk 4 ayı ərzində keçirilən valyuta hərraclarında isə 2 milyard 173 milyon 100 min dollar dəyərində xarici valyuta satışı həyata keçirilib. Aylıq müqayisədə ən çox valyuta yanvarda (727 milyon dollar), ən az valyuta fevralda (371,2 milyon dollar) satılıb.
İlk 4 aydakı faktiki satış həcmi nəzərdə tutulandan 317 milyon dollar azdır.
Vasif
Sfera.az