Müharibə uzanır: Putin yeni qərarlar qəbul edəcək – “Nüvə silahı da seçimlər arasındadır…”

Müharibə uzanır: Putin yeni qərarlar qəbul edəcək – “Nüvə silahı da seçimlər arasındadır…”
Rusiya Prezidenti Vladimir Putinin ambisiyaları Rusiyanın əlində olan adi silahların potensialı ilə üst-üstə düşmür. Bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin Direktoru Avril Heyns Konqresdə müzakirələr zamanı məlumat verib. 

Onun sözlərinə görə, Rusiya rəhbərliyi artıq Ukraynada əməliyyatı qısa müddətdə bitirməyin mümkün olmayacağı fikri ilə razılaşırlar. 

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov Kremlin uzunmüddətli müharibəyə hazırlaşdığını deyib:

"Kreml uzunmüddətli üzücü müharibəyə hazırlaşır. Cəbhədə nəzərəçarpacaq nailiyyətlər əldə etməyən Putin ölkə daxilində ciddi addımlar ata bilər. Ölkənin müharibə relsinə keçirilməsi, hərbi vəziyyətin elanı, sənaye istehsalının istiqamətinin dəyişdirilməsi Putinin ata biləcəyi addımlar sırasındadır.
ABŞ kəşfiyyatının başçısı Putinin nüvə silahından istifadəyə qalxacağına inanmır, yəni kəşfiyyatın əlində bunu təsdiq edəcək sübut yoxdur. ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat idarəsinin başçısı general-mayor Skott Berrier də bildirib ki, ABŞ-da Rusiyanın bu yaxınlarda taktiki, yaxud hərbi nüvə silahına əl atacağına inanmırlar”.

Ekspert ABŞ-ın Rusiya qarşısında nüvə məsələsi ilə bağlı hansısa dəqiq informasiya verə bilməyəcəyini də sözlərinə əlavə edib:

"Amerika kəşfiyyat xidmətinin məlumatını Rusiya rəhbərliyinin son zamanlarda nüvə silahından istifadə edə biləcəyi haqqında söhbətləri kəsməsi də sübut edir. Lakin sona qədər Rusiyaya etibar etmək mümkündürmü? Yaxud birmənalı olaraq təsdiq etmək olarmı ki, Rusiya bu hərbi əməliyyatın onu hara aparacağından asılı olmayaraq sona qədər nüvə silahına əl atmayacaq? Düşünürəm ki, ABŞ kəşfiyyat idarələri indiki halda bu sualların cavabını verə biləcək imkanlara malik deyil”.

Əzizə Zeynal 
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

Kulebanın son açıqlamaları nəyə hesablanıb? – “İndi həm Rusiyanın, həm də Ukraynanın prioriteti…”

Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Rusiya üzərində qalib gəlmək üçün qarşıda duran məqsədlər haqqında danışıb. Niderlandın "NRC” saytına müsahib...

Rusiya bütün rusdilliləri həmvətənli elan edəcək? – "Onda belə çıxır ki..."

Dünyadakı rusdillilərin hamısının həmvətənli kimi tanınması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.    Qanun layihəsində tarix...

Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”

Serj Sarkisyan fransalı jurnalistlərə verdiyi müsahibə zamanı 30 ildir eyni fikirdə qaldığını, Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib....

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı Alyansa üzv edərək...

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.    "Ukraynanın NATO-ya...

“Ermənistanla bu səbəblə sülh imzalanmayacaq” – Politoloqdan AÇIQLAMA

"Ermənistanın Azərbaycanla qısa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbay...