NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı Alyansa üzv edərək...

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı Alyansa üzv edərək...
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib. 
 
"Ukraynanın NATO-ya daxil olmsı Rusiya ilə NATO arasında toqquşmaya səbəb ola bilər. Biz Finlandiya və İsveçin NATO-ya qoşulmasının Rusiyanın təhlükəsizliyinə yarada biləcək təhdidi diqqətlə izləyirik”, - deyə o bildirib.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki,  NATO-nun bundan sonra daha təhrikedici addımlar atması istisna deyil:
"Ukraynanın bu gün NATO-ya üzv olması əslində o qədər də real deyil. Çünki ölkə ərazisində müharibə gedir. Belə bir vaxtda Alyansın Kiyevi qəbul etməsi inandırıcı görünmür. Hərçənd bu məsələ indi prezident Vladimir Zelenskinin özü üçün də prioritet deyil. Bununla belə, NATO rəsmiləri Ukraynaya "yaşıl işıq" yandırırlar. Ən azından səslənən bəyanatlar bunu deməyə əsas verir. Zelenski və komandası isə Alyansa layiq olduqlarını bildirirlər”.

Müsahibimiz qeyd edib ki, gələcəkdə hər iki tərəfdən oxşar bəyanatların intensivləşməsi mümkündür:

"Ola bilsin, NATO bu yolla Rusiyanı bir az da qıcıqlandırmaq və onun daha çox səhv addım atmağını istəyir. Hətta Kiyevin NATO- ya üzvlüyü ilə bağlı müəyyən əməli addımların da şahidi ola bilərik. Bütün hallarda dediyimiz kimi, NATO müharibənin mümkün qədər uzanmasında, Rusiyanın tələsik davranmasında maraqlıdır. Təşkilat bunun üçün çox şey etməyə hazırdır. Ukrayna vasitəsilə qurulan və qurulacaq oyunlar isə NATO- nun əsas "kart"ıdır”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

Kulebanın son açıqlamaları nəyə hesablanıb? – “İndi həm Rusiyanın, həm də Ukraynanın prioriteti…”

Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Rusiya üzərində qalib gəlmək üçün qarşıda duran məqsədlər haqqında danışıb. Niderlandın "NRC” saytına müsahib...

Rusiya bütün rusdilliləri həmvətənli elan edəcək? – "Onda belə çıxır ki..."

Dünyadakı rusdillilərin hamısının həmvətənli kimi tanınması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.    Qanun layihəsində tarix...

Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”

Serj Sarkisyan fransalı jurnalistlərə verdiyi müsahibə zamanı 30 ildir eyni fikirdə qaldığını, Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib....

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı Alyansa üzv edərək...

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.    "Ukraynanın NATO-ya...

“Ermənistanla bu səbəblə sülh imzalanmayacaq” – Politoloqdan AÇIQLAMA

"Ermənistanın Azərbaycanla qısa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbay...