Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”

Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”
Serj Sarkisyan fransalı jurnalistlərə verdiyi müsahibə zamanı 30 ildir eyni fikirdə qaldığını, Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan deputat Sahib Alıyev sözügedən şəxsin 44 günlük savaş zamanı nələrin baş verdiyini unutduğunu deyib. Millət vəkilinin sözlərinə görə, o və digərləri Azərbaycanın torpaq bütünlüyünü tanımamaq siyasəti yeritməkdə davam etsələr,  biz ötən əsrin sonunda itirilən torpaqlarımızı qaytardığımız kimi 100 il bundan öncəkiləri də qaytaracağıq:

"Eyni zamanda son günlər davamlı olaraq Göyçənin Yuxarı Şorcasından Kəlbəcərin Zəylik kəndindəki mövqelərimizin atəşə tutulduğu haqda xəbərlər  verilir. O yerin coğrafiyasını yaxşı bilən biri kimi deyirəm ki,  Azərbaycan ordusuna əmr verilsə, Yuxarı Şorca 5 dəqiqəyə düşməndən təmizlənər”.

S.Alıyev xatırladıb ki, 1918-ci ilin xəritəsində həmin kəndin də yerləşdiyi Göyçə gölünün şərq sahili Ermənistanın yox, məhz Azərbaycanın tərkibində göstərilir:
 
"Qarabağdakı hayların "hüqüq, azadlıq və status"larından dəm vuran Ermənistan rəhbərliyi Yuxarı Şorca kəndi qarışıq Göyçədən, Zəngəzurdan, Dərələyəzdən və digər dədə-baba torpaqlarımızdan didərgin salınan azərbaycanlıların hüquq, azadlıq və statusları haqda nə düşünür? Əgər onlara elə gəlirsə ki,  bu suallar heç vaxt rəsmi səviyyədə qarşılarında qaldırılmayacaq, "Qarabağ Ermənistandır" deyib sərsəmləyəndə olduğu kimi  yenə də böyük səhv edirlər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

Kulebanın son açıqlamaları nəyə hesablanıb? – “İndi həm Rusiyanın, həm də Ukraynanın prioriteti…”

Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Rusiya üzərində qalib gəlmək üçün qarşıda duran məqsədlər haqqında danışıb. Niderlandın "NRC” saytına müsahib...

Rusiya bütün rusdilliləri həmvətənli elan edəcək? – "Onda belə çıxır ki..."

Dünyadakı rusdillilərin hamısının həmvətənli kimi tanınması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.    Qanun layihəsində tarix...

Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”

Serj Sarkisyan fransalı jurnalistlərə verdiyi müsahibə zamanı 30 ildir eyni fikirdə qaldığını, Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib....

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı Alyansa üzv edərək...

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.    "Ukraynanın NATO-ya...

“Ermənistanla bu səbəblə sülh imzalanmayacaq” – Politoloqdan AÇIQLAMA

"Ermənistanın Azərbaycanla qısa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbay...