Müəllimlər təhsil eksperti statusu ala bilər

Müəllimlər təhsil eksperti statusu ala bilər
Azərbaycan Təhsil İnstitutu müəllimlərə gələcəkdə təhsil eksperti statusunun verilməsi məsələsinə aydınlıq gətirib.

Sfera.az xəbər verir ki, İnstitutun direktoru Rüfət Əzizov jurnalistlərə açıqlamasında müəllimin peşəkar inkişafının bir hissəsi olaraq onlara gələcəkdə təhsil eksperti adının verilməsinin nəzərdə tutula biləcəyini deyib.

Onun sözlərinə görə, bu istiqamətdə araşdırmalar aparılır: "Jurnalistlər tərəfindən çoxlu müraciətlər olur ki, təhsil eksperti kimdir və Təhsil İnstitutu tərəfindən kiməsə bu status verilibmi? Bizim də cavabımız odur ki, belə bir adı biz heç kimə verməmişik. Ümumiyyətlə, müəyyən etməmişik ki, təhsil ekspertinin profili nədən ibarətdir. Lakin bu istiqamətdə tədqiqatlarımız davam edir. Müəllimin peşəkar inkişafının bir hissəsi olaraq onlara gələcəkdə təhsil eksperti adının verilməsi də nəzərdə tutula bilər".

"Bir tələbə universitetdə təhsil alır və sertifikasiya prosesindən keçərək müəllim statusu alır. Müəyyən bir müddətdən - 3 və ya 5 il sonra baş müəllim, metodist və nəhayət, ekspert ola bilər. Bu pillələrin hər birində müəyyən müsahibələr, səriştələrin müəyyənləşdirilməsində proses ola bilər və bu da müəllimlərin peşəkar karyerasına təsir göstərmiş olar. Hesab edirəm ki, tədqiqatlar nəticəsində proseslər dəqiqləşəndən sonra bu sahəyə daha çox maraq olacaq. Biz bunun qarşısını almaq yox, təşviq etmiş olacağıq. Bu zaman bilinəcək ki, necə təhsil eksperti olmaq olar və bunun üçün daha çox insan müraciət edəcək. Biz təhsil ekspertlərinin çox olmasının tərəfdarıyıq", - R.Əzizov bildirib.
 
(report)

OXŞAR XƏBƏRLƏR

Nazirlik müəllimin şagirdi döyməsinə münasibət bildirdi - VİDEO

Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Sfera.az  xəbər verir...

Bu şagirdlər məktəbdən çıxarılır? - AÇIQLAMA

Zəif və orta nəticələr göstərən şagirdlərin 9-cu sinfi bitirdikdən sonra təhsildən uzaqlaşdırılması və peşə məktəblərinə yönəldilməsi ilə bağlı məktəb direktorl...

21 şagird məktəbdən uzaqlaşdırılıb? - NAZİRLİKDƏN CAVAB

Xəbər verdiyimiz kimi, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin 21 şagirdi zəif nəticə göstə...

Bakıda 37 orta məktəbə yeni direktor təyin olundu - SİYAHI

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 37 orta məktəbə yeni direktor təyin olunub. Sfera.az xəbər verir ki, bu barədə...

"Direktorların təyinatında ciddi qanun pozuntularına yol verilir" - Deputat iki məktəbin adını çəkdi

"Son zamanlar məktəb direktorlarının təyinatında yol verilən ciddi qanun pozuntuları neqativ halların dərinləşməsinə səbəb olur”.   Sfera.az bildirir ki,...

Başqasının yerinə imtahana girmək istədi, 4 telefon aşkarlandı

Dövlət İmtahan Mərkəzi mayın 15-də əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi x...