MİQ imtahanları bir neçə mərhələdə keçirilməyəcək - Nazirlik rəsmisi

MİQ imtahanları bir neçə mərhələdə keçirilməyəcək - Nazirlik rəsmisi
"Müəllimlərin işə qəbulu üzrə test imtahanının bir neçə mərhələdə keçirilməsi hələlik nəzərdə tutulmayıb”.

Sfera.az xəbər verir ki, bunu müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklərlə bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

O qeyd edib ki, bu tədris ilində vakansiya seçimi iki mərhələdə olacaq: "Əvvəlcə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvlərinin seçim etməsinə üstünlük veriləcək. Daha sonra isə digər namizədlər seçim edə bilərlər”.

Qeyd edək ki, daha əvvəl təhsil naziri Emin Əmrullayev MİQ imtahanlarında müəllimlərə bir neçə dəfə iştirak hüququnun verilmə ehtimalını açıqlamışdı. Bildirmişdi ki, eyni müəllimə 2-3 və daha çox sayda şans verilə bilər.

OXŞAR XƏBƏRLƏR

Nazirlik müəllimin şagirdi döyməsinə münasibət bildirdi - VİDEO

Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Sfera.az  xəbər verir...

Bu şagirdlər məktəbdən çıxarılır? - AÇIQLAMA

Zəif və orta nəticələr göstərən şagirdlərin 9-cu sinfi bitirdikdən sonra təhsildən uzaqlaşdırılması və peşə məktəblərinə yönəldilməsi ilə bağlı məktəb direktorl...

21 şagird məktəbdən uzaqlaşdırılıb? - NAZİRLİKDƏN CAVAB

Xəbər verdiyimiz kimi, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin 21 şagirdi zəif nəticə göstə...

Bakıda 37 orta məktəbə yeni direktor təyin olundu - SİYAHI

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 37 orta məktəbə yeni direktor təyin olunub. Sfera.az xəbər verir ki, bu barədə...

"Direktorların təyinatında ciddi qanun pozuntularına yol verilir" - Deputat iki məktəbin adını çəkdi

"Son zamanlar məktəb direktorlarının təyinatında yol verilən ciddi qanun pozuntuları neqativ halların dərinləşməsinə səbəb olur”.   Sfera.az bildirir ki,...

Başqasının yerinə imtahana girmək istədi, 4 telefon aşkarlandı

Dövlət İmtahan Mərkəzi mayın 15-də əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi x...