Makron yeni imici ilə gündəm oldu - Niyə Zelenski kimi geyinir? / FOTOLAR

Makron yeni imici ilə gündəm oldu - Niyə Zelenski kimi geyinir? / FOTOLAR
Fransa prezidenti Emmanuel Makronun son görüntüləri sosial mediada müzakirə obyektinə çevrilib.
 
Sfera.az bildirir ki, prezidentin yeni imici onun Ukrayna lideri Zelenskini kopyaladığı  ilə bağlı iddiaların yayılmasına səbəb olub. Belə ki, Fransa lideri indiyə qədər tünd rəngli, dar kəsimli kostyum və qalstukdan başqa heç bir geyimdə görünməyib. Lakin Yelisey sarayında çəkilən son görüntülərdə Makronun cins şalvar və kapüşon (papaqlı paltar) geyindiyi əks olunub.

Onun bu fotoları qısa zamanda diqqət çəkib. Bir çox sosial media istifadəçisi Makronun Zelenskinin üslubundan ilhamlandığını deyib. Onun özünü son vaxtlar rahat geyimlərə üstünlük verən Ukrayna liderinə bənzətdiyi vurğulanıb.

Xatırladaq ki, Zelenski müharibənin ilk günündən yaşıl köynək və kapüşonda kameralar qarşısına keçib. Tez-tez selfi videoları ilə mesajlar verən Ukrayna lideri qısa zamanda qlobal populyarlıq qazanıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR