Lirənin ucuzlaşması Azərbaycanda inflyasiyaya necə təsir edəcək? - TƏHLİL

Lirənin ucuzlaşması Azərbaycanda inflyasiyaya necə təsir edəcək? - TƏHLİL
Son aylarda Türkiyənin milli valyutası olan lirənin (TL) məzənnə dəyərində kəskin enmə müşahidə edilir. Sürətli ucuzlaşma nəticəsində Azərbaycanda da TL-nin manata nəzərən dəyərinin nəzərəçarpacaq dərəcədə düşməsi qeydə alınıb. Mərkəzi Bankın məlumatına əsasən, ilin əvvəlindən bəri TL/manat kursunda azalma 12 faizi ötüb. Yanvarın əvvəlində 0,126 TL olan bir manat hazırda 0,111 manatdır.  

Sfera.az bildirir ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdəndir. Buna görə də Türkiyənin milli valyutasının kəskin dəyər itirməsi diqqətdən yayınmır.

2022-ci ilin birinci rübünün məlumatına əsasən, xarici ticarətdə ən böyük ikinci tərəfdaşımız Türkiyə olub. Birinci rübdə ölkəmizin xarici ticarət dövriyyəsi 10,9 milyard ABŞ dolları, o cümlədən ixracın dəyəri 7,98 milyard dollar, idxalın dəyəri 2,93 milyard dollar təşkil edib. Türkiyəyə ixracın dəyəri 961 milyon dollar olub və cəmi ixracın 12 faizini formalaşdırıb.

İdxalda Türkiyə ilk sıradadır. Qardaş ölkədən 482,2 milyon dollar dəyərində mal alınıb.

Qeyri-neft mallarının ixracında da Türkiyə ən böyük 2 bazardan biridir. Birinci rübün məlumatına əsasən, qeyri-neft mallarının ixracı 724 milyon dollar olub və bunun 255,2 milyon dolları Türkiyəyə göndərilib.

Türkiyə həm də Azərbaycanın turizm sahəsində əməkdaşlıq etdiyi əsas ölkələrdəndir. Hər il Azərbaycandan Türkiyəyə və əks istiqamətdə bir neçə yüz min turist səfərləri olur.

Xarici ticarət və xidmət turizm üzrə əlaqələrin geniş olması səbəbindən iki ölkənin milli valyutasının məzənnəsindəki ciddi dəyişiklik əmtəə və xidmət mübadiləsinə güclü təsir imkanına sahibdir. TL-nin kəskin ucuzlaşması bu ölkədə əmtəə və xidmətlərin ucuzlaşması anlamını verir. Buna görə də Türkiyədən Azərbaycana idxal edilən malların miqdarı artır, eyni zamanda bu ölkənin xidmətlərindən yararlanan Azərbaycan vətəndaşlarının sayında artım baş verir.
 
TL-nin ucuzlaşması Azərbaycan idxalı artırdığı kimi bu ölkəyə ixracı da bahalaşdırır. Həmçinin Türkiyədən gəlib Azərbaycanın xidmətlərindən yararlanan şəxslərin xərcləri artır.

Lakin bu nəzərə izahdan elə anlaşılmamalıdır ki, ucuz TL Azərbaycan üçün əlverişsizidir. Real vəziyyət nəzərə alındığında görürük TL-nin ucuzlaşmasının Azərbaycanın ixracına ciddi təsiri yoxdur. Çünki Azərbaycan Türkiyəyə elə məhsullar ixrac edir ki, həmin məhsullara ehtiyac böyükdür və onlar hökmən alınmalıdır. Məsələn, ixracımızda təbii qaz, neft məhsulları, kimya sənayesi məhsulları, elektrik enerjisi, əlvan metallar üstünlük təşkil edir və belə məhsulları alan zaman məzənnə fərqi önəm kəsb etmir.

Digər tərəfdən yanaşdıqda isə görürük ki, indiki şəraitdə TL-nin ucuzlaşması Azərbaycan üçün faydalıdır. Çünki Türkiyədən birinci rübdə alınan malların əksəriyyəti gündəlik istehlak mallarıdır. O cümlədən geyim, dərman, qida, tikinti materialları, mebellər və s. kimi önəmli mallar idxal olunur. Buna görə də TL-nin ucuzlaşması ölkəmizdə inflyasiya səviyyəsinin aşağı düşməsinə müsbət təsir edir.
 
Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

"Bu il də turist sayı acınaqlı olacaq" - Ekspert

"Quru sərhədlərinin hələ də  bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir”.   Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov de...

AZAL niyə ziyanla işləyir? - Natiq Cəfərlidən AÇIQLAMA

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən”. &nbs...

Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr

Son illərdə Azərbaycan iqtisadiyyatının lokomotivi funksiyasını qeyri neft-qaz sektoru həyata keçirir. Bu tendensiya cari ildə də müşahidə olunmaqdadır. 2...

Bu ölkənin baş naziri elan etdi: "Bir günlük neftimiz qalıb"

Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.   Sfera.az bildirir ki, nağd pul qıtlığının olduğunu və ...