Kitablar ƏDV-dən azad olundu: Qiymət ucuzlaşacaq? - AÇIQLAMA

Kitablar ƏDV-dən azad olundu: Qiymət ucuzlaşacaq? - AÇIQLAMA
Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən, kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunub. Artıq bu məhsullardan 18 faiz ƏDV tutulmayacaq.

Kitabsevərlər üçün sevindirici olan bu qərarın daha hansı müsbət dəyişikiklərə səbəb olacağı isə günün aktual sualıdır. 

Sfera.az xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov bu qərarın kitabların qiymətində də ucuzlaşmaya səbəb olacağını deyib:

"Azərbaycan dilində lazımi kitabların tapılması müstəqilliyin ilk günlərindən başlayaraq, son illərə qədər ciddi problem olaraq qalırdı. Səbəb tərcümə, termin problemi, oxucunun azlığı və istəksizliyi ilə bağlı idi. Ən böyük problem isə maliyyə problemi idi. İstər tərcümə edilən, istərsə də yeni yazılan kitabların ərsəyə gəlməsi üçün xeyli vəsait lazım olur. Buna görə də zaman-zaman həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının ƏDV-dən azad edilməli olduğunu deyirdik.
 
Cənab Prezident tərəfindən 2021-ci ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklikdən sonra bu qərarı verməsi və Nazirlər Kabinetinin qərarı təsdiqləməsi kitabsevərlər üçün sevindirici oldu”.

Ekspertin sözlərinə görə, kitab oxumaq həvəsi insanların özlərinə bağlıdır, amma bu qərar kitab sənayesinin inkişafına təkan verəcək:

"Fərq etməz ki, kitabı satdığı üçün sevirlər, ya oxuduqları üçün, əsas odur ki, kitab satana da, onu oxuyana da faydası olacaq. Çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini azaltmaqla kitab sənayesinin inkişafına təkan verəcək. Hər halda ilkin ehtimal budur. Çünki ƏDV-dən azad etmə bir sahənin inkişafı üçün ən yaxşı dəstək formasıdır. Amma insanların telefonlardan və tiktokdan gözünü ayırıb kitab oxumaq həvəsi artmasa, nəinki ƏDV-dən azad etmək, heç subsidiyalaşdırmaq da kitab sənayesini inkişaf etdirə bilməz”, - deyə bildirib. (Bizim.media)
 

OXŞAR XƏBƏRLƏR

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Bu məhsullar niyə sürətlə bahalaşır?

Məhsulların bir çoxu, o cümlədən yuyucu tozlar xaricdən tədarük olunur. İstehsalçı ölkələrin məhsulların qiymətini bahalaşdırması Azərbaycanda olan qiymətlərin ...

"Səmərəli müzakirələr aparıldı" - Mİkayıl Cabbarov Azərbaycan-Litva biznes forumundan DANIŞDI

Xəbər verdiyimiz kimi, mayın 18-də Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib.    Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının iqtisadiy...

Yaxında Azərbaycanda bu məhsulları tapmaq olmayacaq - SİYAHI

İşğal səbəbindən Ukraynanın Qara dəniz limanlarından istifadə edə bilməməsi bu ölkədən mal alan ölkələri çətin vəziyyətə salıb. Artıq bir çox ölkədə buğda, günə...

Azərbaycanda günəmuzd çalışanlara maddi yardım edilə bilər - TƏKLİF

"Müəyyən sahələr üzrə aylıq əmək haqları artırılsa da, büdcə təşkilatlarından kənar insanlara bu şamil edilmədi”.  Sfera.az xəbər verir ki, bunu iqti...

80 min dollarlıq zərər var: Bazarlarda pomidor niyə BAHALAŞDI? - VİDEO

Azərbaycanda müxtəlif bazarlarda pomidor ötən illə müqayisədə baha qiymətə satılır. Bunu həm alıcılar, həm də satıcılar təsdiqləyir. Sfera.az xəbər ...