"Səmərəli müzakirələr aparıldı" - Mİkayıl Cabbarov Azərbaycan-Litva biznes forumundan DANIŞDI

Xəbər verdiyimiz kimi, mayın 18-də Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib. 
 
Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov forum barədə fikirlərini bölüşüb.
 
O bildirib ki, forumda iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı səmərəli müzakirələr aparılıb.
 
"Litva şirkətlərini işğaldan azad edilmiş ərazilərimizə investisiya yatırmağa dəvət etdik", - deyə M.Cabbarov qeyd edib.
 


OXŞAR XƏBƏRLƏR