Kimlər daha çox koronavirusa yoluxur? - İmmunoloqdan SİYAHI

Kimlər daha çox koronavirusa yoluxur? - İmmunoloqdan SİYAHI
Delta ştammı dominant ştamm olduğu müddətdə hətta 2 doza vaksin olunanlar da virusa yoluxa bilər. Hazırkı peyvəndlər yoluxmaya qarşı yox, xəstəliyin ağırlaşmasına qarşı daha effektivdir. Ona görə də Yer üzündə elə bir ölkə yoxdur ki, orda yoluxma təhlükəsi tam sıfıra ensin.

Sfera.az xəbər verir ki, immunoloq həkim, tibbi ekspert Nikolay Kryuçkov kimlərin daha çox virusa yoluxma riskindən danışıb.

"Hazırkı şəraitdə yoluxmaya həssas riskli qrupları ayırd etmək olar. İlk növbədə hətta vaksin olunsa belə, immuiteti zəifləmiş və immundefisiti olan insanlar, yəni həkimlərin birincili və ikincili immundefisitli xəstələr dediyi insanlar təhlükə altındadır. Eləcə də QİÇS, hepatit, VİÇ, uzun müddətli xroniki xəstəliyi olanlar, onkoloji xəstələr, kimyaterapiya alanlar və autoimmun xəstələr bu qrupa daxildir.

Daim iltihab əleyhinə streroid və hormonal preparatlar qəbul edənlər və yaşı 65-dən yuxarı olanlar, ahıl şəxslər virusa hətta ildə 2 dəfə yoluxa bilərlər.

Bu insanlar peyvənd olunsalar da, zəif müdafiə qazanırlar və antitelləri yaranmır, ya da tez itir.

Bu qrup şəxslər 2 doza vaksin olsalar da özlərini ciddi çəkildə qorumalı və insanlarla az ünsiyyətdə olmalıdırlar.

Birinci vaksinasiyadan 5-7 ay keçənlər də yoluxma riskinə daxildir. Peyvənddən yarım il sonra orqanizmdə antitellər düşür. Bir çox insanlarda bu daha tez baş verir".
 
(medicina.az)



OXŞAR XƏBƏRLƏR

COVID-19, ya peyvəndlənmə TƏHLÜKƏLİDİR? - Həkimdən mühüm AÇIQLAMA

COVID-19 pandemiyası əleyhinə istifadə olunan vaksinlər yenidən müzakirə obyektinə çevrilib. Hələ də sözügedən peyvəndlərin insan genetikasına təsiri əksəriyyət...

Kovid aptekçəsində nə olmalıdır? - Dərmanların siyahısı

Azərbaycanda əhali pandemiya dövründə milyonlarla vəsaiti ancaq apteklərdə kovid müalicəsi üçün tələb olunan dərmanlara xərcləyib. Virus mutasiyaya uğrayı...

Uşaqlar arasında yeni yayılan xəstəlik koronavirusdur? – VİDEO

Son günlər uşaqlar arasında şiddətli qızdırma, qusma və öskürəklə müşahidə olunan xəstəlik yayılıb. Xüsusilə koronavirusun yeni ştamlarının yayıldığı dövrdə bu ...

Kimlər daha çox koronavirusa yoluxur? - İmmunoloqdan SİYAHI

Delta ştammı dominant ştamm olduğu müddətdə hətta 2 doza vaksin olunanlar da virusa yoluxa bilər. Hazırkı peyvəndlər yoluxmaya qarşı yox, xəstəliyin ağırlaşması...

ÜST-dən KRİTİK AÇIQLAMA: peyvəndlər infeksiyanın qarşısını ala bilmir, amma...

"Peyvəndlər koronavirus infeksiyasının ağır gedişatından qoruyur, ancaq infeksiyanın qarşısını almır. Ona görə də maska ​​rejiminə riayət olunmalıdır". Sf...

“Yeni ştammlar uşaqlar üçün təhlükə yaratmır” - ÜST

"Yeni koronavirus ştammları uşaqlar üçün təhlükəli deyil”. Sfera.az TASS-a isitnadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı ...