COVID-19, ya peyvəndlənmə TƏHLÜKƏLİDİR? - Həkimdən mühüm AÇIQLAMA

COVID-19, ya peyvəndlənmə TƏHLÜKƏLİDİR? - Həkimdən mühüm AÇIQLAMA
COVID-19 pandemiyası əleyhinə istifadə olunan vaksinlər yenidən müzakirə obyektinə çevrilib. Hələ də sözügedən peyvəndlərin insan genetikasına təsiri əksəriyyətini düşündürən amildir.

Bununla bağlı Sfera.az-a açıqlama verən tibbi elmləri doktoru, professor Musa Qəniyev deyib ki, peyvəndlərin qadın və kişi sonsuzluğuna səbəb olması haqqında fikirlər əsassızdır. 

Onun sözlərinə görə,  koronavirusun gedişinin faciələr yaşadacağı beyinlərə yeridilir:

"İstənilən vaksin çoxalmaya xidmət edən deyil, spesifik antigenin əmələ gəlməsinə xidmət edən genin daşıyıcısı olduğundan, onun sonsuzluğa səbəb ola bilməsi qeyri-mümkündür. Vaksin fonunda əmələ gələn antitellərin qadın və ya kişi sonsuzluğuna səbəb olma ehtimalına gəldikdə isə, bunun inkarı məntiqi elmi təhlilə istinad edir. İddia olunur ki, peyvənd nəticəsində əmələ gələn antitellər tək COVID-19-un zülal təbiətli genom strukturunu deyil, həm də dölün mövcudluğunun təminatçısı olan, ciftin əmələ gəlməsinin təməl əsası, Sinçitin-1 proteininə qarşı da yüksək affinlik göstərərək, onu inaktivləşdirir. Nəticədə qadınlarda reproduktiv funksiya geridönməz şəkildə bloklanır. Bu  fikir tamamilə yanlış və əsassızdır".

Professor qeyd edib ki, kişi sonsuzluğu istiqamətində də müəyyən fikirlər səsləndirilir:

"Bunu COVID-19-dan ölmüş şəxslərin toxumluğunda virusların aşkar olunması, eləcə də toxum mayesinin həssas genom quruluşu səbəbindən, mRNT tərkibli peyvəndlərin onlara aktiv nüfuz edəcəyi, xüsusən X və Y xromosom subvahidlərə çarpaz bağlanacağı, fertil funksiyanı "supressiv” hala gətirəcəyilə əsaslandırırlar. Əvvəla mRNT molekulunun S-altvahid adlanan bağlanma sahəsi, xromosomlarda  deyil, hüceyrə DNT-nin səthi aktiv nöqtəsinə lokalizasiya olunur. Digər tərəfdən, Leydiq divararalığı hüceyrələrində - qrandulositlərdə əmələ gələn spermatozoidlərin hamısı deyil, yalnız məhdud faiz nisbətində olan və "üzgüçülər” adlandırılanları, qadınlarda  yumurta hüceyrəni mayalandırmaq qabiliyyətinə malikdir. Yəni, nəsil artırmada yalnız bu spermatozoidlər iştirak edir. Yüksək hərəkətlilik qabiliyyətinə malik olan "üzgüçülər” səthi aktiv bağlanma-reseptor mexanizmlərə malik deyildir və istənilən  aqressiv vasitənin təsirinə inertdir. Odur ki, antitel məlum subvahidlərə nüfuz edə bilsə belə heç bir halda "üzgüçülər”ə bağlanaraq kişilərdə fertil funksiyanı süstləşdirə və sonsuzluğa səbəb ola bilməz".

M.Qəniyev əlavə edib ki, koronavirus əleyhinə vaksinlərin qadın və ya kişi sonsuzluğuna səbəb ola bilməsi haqqında bütün söylənilənlər cəfəngiyyatdan başqa bir şey deyil.

Günay Rəsulqızı

OXŞAR XƏBƏRLƏR

COVID-19, ya peyvəndlənmə TƏHLÜKƏLİDİR? - Həkimdən mühüm AÇIQLAMA

COVID-19 pandemiyası əleyhinə istifadə olunan vaksinlər yenidən müzakirə obyektinə çevrilib. Hələ də sözügedən peyvəndlərin insan genetikasına təsiri əksəriyyət...

Kovid aptekçəsində nə olmalıdır? - Dərmanların siyahısı

Azərbaycanda əhali pandemiya dövründə milyonlarla vəsaiti ancaq apteklərdə kovid müalicəsi üçün tələb olunan dərmanlara xərcləyib. Virus mutasiyaya uğrayı...

Uşaqlar arasında yeni yayılan xəstəlik koronavirusdur? – VİDEO

Son günlər uşaqlar arasında şiddətli qızdırma, qusma və öskürəklə müşahidə olunan xəstəlik yayılıb. Xüsusilə koronavirusun yeni ştamlarının yayıldığı dövrdə bu ...

Kimlər daha çox koronavirusa yoluxur? - İmmunoloqdan SİYAHI

Delta ştammı dominant ştamm olduğu müddətdə hətta 2 doza vaksin olunanlar da virusa yoluxa bilər. Hazırkı peyvəndlər yoluxmaya qarşı yox, xəstəliyin ağırlaşması...

ÜST-dən KRİTİK AÇIQLAMA: peyvəndlər infeksiyanın qarşısını ala bilmir, amma...

"Peyvəndlər koronavirus infeksiyasının ağır gedişatından qoruyur, ancaq infeksiyanın qarşısını almır. Ona görə də maska ​​rejiminə riayət olunmalıdır". Sf...

“Yeni ştammlar uşaqlar üçün təhlükə yaratmır” - ÜST

"Yeni koronavirus ştammları uşaqlar üçün təhlükəli deyil”. Sfera.az TASS-a isitnadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı ...