Kovid aptekçəsində nə olmalıdır? - Dərmanların siyahısı

Kovid aptekçəsində nə olmalıdır? - Dərmanların siyahısı
Azərbaycanda əhali pandemiya dövründə milyonlarla vəsaiti ancaq apteklərdə kovid müalicəsi üçün tələb olunan dərmanlara xərcləyib.

Virus mutasiyaya uğrayır, hər dəfə müaicə gedişi dəyişir.

Bəs pandemiyada yaşadığımız müddətcə dərman aptekçəsi ilə yanaşı kovid qutusunda nələr olmalıdır? Hansı preparatlar mütləq evdə tapılmalıdır.

Sfera.az xəbər verir ki, rusiyalı terapevt Yaroslav Aşixmin koronavirus müalicəsi üçün aptekçədə olmalı dərmanları və vasitələri açıqlayıb.

"Əslində kovidi müalicə edəcək dərmanın mövcudluğuna Rusiya və MDB dövlətlərində çox inanırlar. İnsanlar əllərinə keçəni alır. Amma ABŞ və Avropada insanlar öncədən heç bir dərman almır, resept axtarmır, çünki bilirlər ki, kovidin ambulator müalicəsi yoxdur. Dünya peyvənd istiqamətində tədbirini görür.

Yeganə dərman parasetamol olmalıdır ki, virus qızdırması olduqda, qızdırmanı salasız.

Mən şəxsən pasiyentlərimə tövsiyə edirəm ki, istənilən Avropa brendi istehsalı parasetamolu alsınlar, Rusiya istehsalçılarına güvənmirəm.
Digər Arbidol, Anaferon, Ergeferon və s. kimi geniş spektrli virus preparatlarının virusdan sağalmağa aiddiyatı yoxdur. Onların kovidin müalicəsində effekti sübut olunmayıb.

Favirapiravir dərmanının sübutlu bazası var, amma onu da yoluxduqdan ilk sutkada qəbul etmək lazımdır. Onu hamilələr, eləcə də hələ ana olmayan gənc qadınlar içməməlidir. Bu dərmanın effektindən riski çoxdur.

İmmun aktivləşdirici müxtəlif immunitet gücləndirici immunomodulyatorlar da Amerika və Avropada xəstələrə yazılmır. Koronavirusda əksinə immuniteti qıcıqlandırmaq olmaz.

Yeganə effektiv preparat hormonal deksametazondur. Onu da evdə müalicədə tətbiq etmirlər.

Bakterial pnevmoniya zamanı həkim antibiotik təyin edir, onları da aptekçədə saxlamaq alıb yığmaq mənasızdır.

Virus infeksiyalarında antibiotiklər effektsizdir.

Ona görə də ev eptekində parasetamol, ipubrofen, Nimesil və s. kimi ağrıkəsici, hərarət salıcılar, Vitamin C, D, selen və sink olması, eləcə də termometr, saturasiya ölçmək üçün pulsoksimetr cihazı, burun yumaq üçün spreylər, natri xlor, əzələ ağrısına qarşı yüngül maz olmalıdır.

OXŞAR XƏBƏRLƏR

COVID-19, ya peyvəndlənmə TƏHLÜKƏLİDİR? - Həkimdən mühüm AÇIQLAMA

COVID-19 pandemiyası əleyhinə istifadə olunan vaksinlər yenidən müzakirə obyektinə çevrilib. Hələ də sözügedən peyvəndlərin insan genetikasına təsiri əksəriyyət...

Kovid aptekçəsində nə olmalıdır? - Dərmanların siyahısı

Azərbaycanda əhali pandemiya dövründə milyonlarla vəsaiti ancaq apteklərdə kovid müalicəsi üçün tələb olunan dərmanlara xərcləyib. Virus mutasiyaya uğrayı...

Uşaqlar arasında yeni yayılan xəstəlik koronavirusdur? – VİDEO

Son günlər uşaqlar arasında şiddətli qızdırma, qusma və öskürəklə müşahidə olunan xəstəlik yayılıb. Xüsusilə koronavirusun yeni ştamlarının yayıldığı dövrdə bu ...

Kimlər daha çox koronavirusa yoluxur? - İmmunoloqdan SİYAHI

Delta ştammı dominant ştamm olduğu müddətdə hətta 2 doza vaksin olunanlar da virusa yoluxa bilər. Hazırkı peyvəndlər yoluxmaya qarşı yox, xəstəliyin ağırlaşması...

ÜST-dən KRİTİK AÇIQLAMA: peyvəndlər infeksiyanın qarşısını ala bilmir, amma...

"Peyvəndlər koronavirus infeksiyasının ağır gedişatından qoruyur, ancaq infeksiyanın qarşısını almır. Ona görə də maska ​​rejiminə riayət olunmalıdır". Sf...

“Yeni ştammlar uşaqlar üçün təhlükə yaratmır” - ÜST

"Yeni koronavirus ştammları uşaqlar üçün təhlükəli deyil”. Sfera.az TASS-a isitnadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı ...