Həştərxandan Bakıya birbaşa təyyarə reysi açılır: Həftədə 2 dəfə uçuşlar olacaq

17:28 / 11.05.2022
1151
Bu ilin iyununda Rusiyanın Həştərxan şəhərindən Bakıya birbaşa təyyarə reysi açılacaq.
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda məlumatı Həştərxan Vilayənin qubernatoru İqor Babuşkin verib.
Quberdanor "Teleqram” səhifəsində yazıb ki, uçuşlar həftədə iki dəfə Rusiyanın "Azimut” aviaşirkəti tərəfindən həyata keçiriləcək.
O qeyd edib ki, Azərbaycan Həştərxan vilayəti üçün Xəzər regionunda əsas tərəfdaşlardan biridir:
"Biz ikitərəfli ticarəti inkişaf etdiririk. Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Bakıda Həştərxan vilayətinin brend mağazalarını açmaq üçün işləyirik.
2021-ci ilin dekabrında Bakıda açılan Həştərxan biznes mərkəzi artıq Azərbaycanda biznes tərəfdaşları tapmaqda Həştərxan iş adamlarına böyük kömək olub. Biz sənaye kooperasiyası çərçivəsində gəmiqayırma sahəsində əməkdaşlığa açığıq, kiçik quru yük gəmiləri, kimyəvi daşıyıcılar, bərə və tankerlər inşa etməyə hazırıq".
Vasif
Sfera.az